Yerüstü lazer skanlaşdırılması

011Lazer skanlaşdırması (LiDAR) – ərazi haqqında daha dəqiq və geniş əhatəli rəqəmsal məlumatların əldə edilməsi, yer səthinin rəqəmsal relyef modellərinin (DTM və DSM) yaradılması üçün ən müasir, səmərəli və faydalı bir texnologiyadır. Lazer skanlaşdırması nəticəsində Rəqəmsal Relyef Modelləri (DTM) zəruri məlumatla birlikdə daha yüksək  dəqiqliklə yaradılır və bu  texnologiya fotoqrammetriya metodları ilə müqayisədə daha səmərəlidir.

LiDAR texnologiyasının köməyilə hərəkətli nəqliyyat vasitəsindən qısa zaman ərzində geniş dəhliz boyunca gözlə götünən bütün obyektlər, o cümlədən bina fasadları, körpülər, yollar, küçələr, bitki aləmi, dirəklər və s. barədə dəqiq məlumatlar əldə edilə bilir.

İntegris şirkəti göstərilənlərlə yanaşı, beynəlxalq partnyorlarımızın dəstəyi ilə LiDAR təyyarə və vertolyot sistemlərini tətbiq etməklə ətraf mühit, torpaq istifadəsi və xəritəçəkmə fəaliyyətləri, habelə geniş dəhlizlərdə planaalma işlərinin həyata keçirilməsi və yüksək dəqiqlikli DTM-in yaradılması xidmətlərini təqdim edir.

Həm vertolyot, həm də təyyarə LiDAR sistemləri yer səthindəki bütün obyektləri, elementləri və bitki örtüyünü əhatə edərək, relyeflə bağlı zəruri informasiyanı təmin edir və 4 sm-ə qədər yüksəklik dəqiqliyinə nail olaraq aviasiyadan aşağıdakı yer səthini skanlaşdıra bilir. Sistemdən asılı olaraq skan dərəcələri 3 meyarlı nöqtələrdən ibarət sıx bulud yaradaraq saniyədə 50000-dən 100000 impulsa qədər dəyişə bilir. Lazer intensivlik dəyərləri kimi əlavə məlumatların köməyilə yer səthinin növü, məsələn torpaq, bitki örtüyü və binalar, müəyyən oluna bilir.

Lazer skanlaşdırması aşağıdakı sahələrdə geniş şəkildə tətbiq olunur:

  • Elektrik ötürücüləri və paylama xətləri
  • Yollar, dəmiryolları, çaylar və digər ərazi infrstrukturlarının vəziyyəti barədə monitorinq
  • Layihələndirmə və mühəndislik
  • Subasar sahələr
  • Meşə inventarizasiyası və təbii şəraitə nəzarət
  • Topoqrafik planalma (xəritəçəkmə)
  • Şəhər ərazilərin modelləşməsi, master planların hazırlanması və ərazi planlaşdırılması
  • Vizualizasiya və simulyasiya