Rəqəmsal fotoqrammetriya

  • Fotoqrammetriya
  • Son dövrlər peyk və aero şəkillərin istifadəsi dövlət təşkilatları və özəl sektorda bir çox elmi-tətbiqi və praktiki problemlərin həlli üçün effektli və etibarlı vasitə kimi özünü sübut etmişdir. Belə ki, ətraf mühitin idarə edilməsi və ekologiya, neft, qaz, kənd təsərrüfatı, meşə təsərrüfatı, su təsərrüfatı və su ehtiyatlarının idarə olunması, geologiya, faydalı qazıntı yataqlarının kəşfiyyatı, nəqliyyat, rabitə, istirahət, idman turizm, üç ölçülü modelləşdirmə, bələdiyyə idarəçiliyi, torpaq istifadəçiliyi, ərazi planlaşdırılması, layihələndirmə və digər sahələrdə bir çox vəzifələrin həlli, idarə edilməsi və effektiv nəticələrin alınması məqsədilə peyk təsvirlərində geniş şəkildə istifadə olunur. İntegris göstərilən xidmətlərlə yanaşı, istənilən xüsusi keyfiyyətlərə və dəqiqliyə malik peyk təsvirlərinin operativ çatdırılmasını təmin edir.

    INTEGRIS Fotoqrammetriya ilə bağlı aşağıdakı xidmətləri təklif edir:

    • Aero-Trianqulyasiya
    • DTTM-in yaradılması/redaktəsi
    • Ortorektifikasiya
    • Mozaika (Avtomatik/əl ilə)
    • Rəng tarazlığı və balanslaşdırılması

  • Məsafədən duyma
  • Şirkətimizin məsafədən duyma (yer səthinin yüksək keyfiyyətli şəkillərinin və məlumatlarının təmin edilməsi) sahəsində geniş təcrübəsi vardır. Müasir texnologiyaların, uzunmüddətli təcrübənin və beynəlxalq əlaqələrimizin birləşməsi sayəsində biz öz müştərilərimizə aşağıdakı xidmətləri təklif edirik:

     

    • Süni Peyklər və təyyarədən çəkilmiş şəkillərin deşifrlənməsi və ərazinin xəritələndirilməsi .
    • Şəkillərin analizi, qruplaşdırılması və izahlı şərhi
    • Ortofotoxəritələrin hazırlanması
    • Ərazinin 3 ölçülü modelinin yaradılması.
    • Müxtəlif diapazonlu elektromaqnit dalğaları ilə aparılmış çəkilişlərin analizi
    • Geoloji proqramlar və tədqiqatlar
    • Müxtəlif növ aero və kosmik çəkilişlərin aparılması Biz müxtəlif fəaliyyət sahələrində çalışan müştərilərimizi QuickBird, IKONOS, GeoEye-1 WorldView-1, WorldView-2, SPOT, Landsat, ALOS və digər peyklərdən əldə olunmuş rəqəmsal məlumatlarla təmin edirik.

    005