Proqram Təminatlarının Yaradılması və Tətbiqi

 INTEGRIS MMC öz müştərilərinin işinin və biznes imkanlarının inkişafına kömək etmək məqsədilə  xüsusi proqram təminatlarının inteqrasiya olunmuş korporativ informasiya sistemlərinin yaradılması üzrə xidmətlər göstərir . Biz geniş həcmli orijinal İT proqramı xidmətlərini təklif edirik.

025

Biz xüsusi bölgülü proqram dizaynı, kompüter proqramlaşdırılması, habelə şəbəkə proqramlaşdırılması, məlumat bazası və müxtəlif xüsusi proqram təminatlarının yaradılmasında təcrübəliyik.

Biz proqram təminatı ilə bağlı ən son inkişaf platformlarından istifadə edirik, ən son proqram təminatı mühəndisliyi təcrübələrini tətbiq edirik və idarəçilik texnikalarını müəyyən edirik ki, bunlara da aşağıdakılar daxildir:

Şəbəkə və Java platformları,

CİS, CAD proqramları, həm müstəqil, həm də bir hissə olaraq

RDBMS xidmət proqramları

Digər Şəbəkə, İntranet imkanları

026027028

BIZNES SEKTORU VƏ DÖVLƏT ORQANLARI ÜÇÜN

HAZIR PROQRAM MƏHSULLARIMIZ:

  • ERP (müəssisə ehtiyatlarının planlaşdırılması) – müəssisə və təşkilatların idarə edilməsi üçün mükəmməl səviyyədə yaradılmış çox-funksiyalı avtomatlaşdırılmış sistem
  • Kadrların idarə edilməsi proqramı – yerli və beynəlxalq əmək qanunvericiliyinə, mövcud standartlara uyğun olaraq kadr ehtiyatlarının idarə edilməsi, işə davamiyyətə nəzarət və işçilərin attestasiyalarının keçirilməsi üçün avtomatlaşdırılmış sistem. Proqram təminatı əmək haqlarının hesablanması, ezamiyyələr, inzibati tənbehlər, işə davamiyyət və digər vacib funksiyaları dəstəkləyir.
  • Kargüzarlığın aparılması proqramı (E-kargüzarlığın tətbiqi)  – müəssisə və təşkilatlarda kargüzarlığın Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarına uyğun aparılmasını yüksək səviyyədə təmin edir, zəruri hesabatların hazırlanması və bir çox funksiyaların yerinə yetirilməsi avtomatlaşdırılmışdır.
  • Sığorta biznesinin idarə edilməsi sistemi (SBIES) – sığorta əməliyyatlarının avtomatlaşdırılmış uçotu üzrə proqram təminatı.Təqdim olunan proqram sığorta şirkətində istifadə olunan mühasibatlıq proqramını 1C 8.2 mühasibatlıq proqramına inteqrasiya etmək imkanına malik olmaqla, onun əsasında yaradılan Sistemin sığorta şirkəti tərəfindən aparılan fəaliyyət, potensial müştərilərlə aparılan işlər, bağlanmış müqavilələr üzrə aparılan işlər, onların uçotu və nəzarəti ilə bağlı biznes proseslərini dəstəklənməsini təmin edir.Proqram təminatının tətbiqi nəticəsində yaradılan Sistem aşağıdakı fəaliyyət istiqamətlərini əhatə edir:●  Müştərinin kartı. Müştərinin  sistemdə qeydiyyatı və  dosyenin doldurulması.●  Kontragentlər ● Sığorta məhsulları● Çərçivə xətləri (Baş müqavilələr) ●  «Tibbi sığorta» modulu● «Təkrarsığorta»  modulu● CHB (ciddi hesabat blankları) uçotu modulu 
    • «Zərərlərin tənzimlənməsi» modulu
    •  Ehtiyatların  hesablanmas
    •  Elektron arxiv
    • Hesabatlılıq
    •  «Sığorta müqavilələri üzrə debitor borclar» modulu
    •  «Reqress/Subroqasiya» modulu

    Əlavə modullar  Sistem eyni zamanda 6 altsistemdən — obyektlərin yaradılması, 1C-dən interfeyslərin təminatı, biznes proseslərinin dəstəklənməsi, veb-interfeyslərin təminatı, axtarışa daxiloma və hesabatlar altsistemlərindən ibarətdir.