Naviqasiya sistemləri

AZƏRBAYCANDA ƏN UCUZ VƏ ƏN EFFEKTİV İZLƏMƏ SİSTEMİNİ İNTEGRİS KOMPANİYASI TƏQDİM EDİR

İntegris şirkəti dövlət və özəl sektora məxsus avtomobil parklarının idarə edilməsi, təhlükəsizliyin təmin edilməsi, vaxta qənaət edilməsində ən effektiv, səmərəli və dünyanın inkişaf etmiş ölkələrində geniş yayılmış vasitə olaraq “Nəqliyyat vasitələrinin izlənməsi və idarə edilməsi sistemi”ni təklif edir. Sistem, real zaman ərzində avtomobilin olduğu yeri, hansı sürətlə hərəkət etdiyini və ya hansı müddətdə dayandığını, gün, ay və il ərzində necə km məsafə qət etməsini, yanacaq sərfiyyatına nəzarət, nəqliyyat vasitəsindən iş xaricində istifadənin məhdudlaşdırılması, 7 gün 24 saat izləmə və istənilən formada alınan ətraflı hesabatlar əsasında nəqliyyat vasitələri və sürücülər üzərində tam nəzarətin təmin edilməsi, iş məhsuldarlığının və səmərəliliyin artırılması, amortizasiya xərclərinin azaldılması, sürücü ilə səsli rabitə əlaqəsinin təmin edilməsi, habelə ayrı-ayrı sahələrdə təhlükəsizliyin təmin edilməsi, avtomobillərdən istifadənin planlaşdırılması, marşrutların təyin edilməsi və bir sıra digər funksiyaları təmin edir.

  • SİSTEMİN TƏTBİQ SAHƏLƏRİ
  • Nəqliyyat vasitələrinin izlənməsi sisteminin tətbiqi müasir dövrümüzdə çox geniş yayılmaqdadır, effektivliyi və səmərəliliyi baxımından sınaqdan çıxarılmış, çoxfunksiyalı, intellektual bir sistemdir Avtomobillərin izləmə sistemi aşağıdakı sahələrdə tətbiq olunur:

    • Dövlət və özəl sektora məxsus avtomobil parklarının effektiv idarə edilməsi
    • Yük daşımaları
    • Banklar və inkassator xidmətləri göstərən təşkilatlar
    • Təcili yardım xidmətləri
    • Fövqəladə halların idarə edilməsi
    • Taksi və sərnişin daşıma xidmətləri
    • Neft sənayesi müəssələri
    • Kuryer və çatdırılma xidmətləri
    • Tikinti müəssələri, habelə tikinti materialları və xammal istehsal edən təşkilatlar
    • Avtomobillərin icarəsi (renta) ilə məşğul olan kompaniyalar
    • Topdan və pərakəndə satış müəssələri
    • Kommunal xidmətlər göstərən qurumlar və.s

  • SİSTEMİN TƏTBİQİNİN ÜSTÜNLÜKLƏRİ
    • Kompüterinizdəki elektron xəritə üzərində nəqliyyat vasitəsinin real zaman ərzində olduğu yeri, hərəkətdə olması və ya dayanmasını, hansı sürətlə hərəkət etdiyini, hansı saatlarda harada olmasını, təyin olunmuş marşruta uyğun hərəkət etməsini, gün ərzində necə km məsafə qət etməsini, digər istək və tələblərinizin təmin edilməsi.
    • Müasir dövrümüzdə ən böyük ehtiyac duyulan vaxta qənaət və xərclərin azaldılması 7 gün 24 saat izləmə və istənilən formada ətraflı hesabatlar əsasında nəqliyyat vasitələri və sürücülər üzərində tam nəzarətin təmin edilməsi, nəqliyyat vasitəsindən iş xaricində istifadənin məhdudlaşdırılması;
    • Avtomobilin iş məhsuldarlığı və səmərəliliyinin artırılması, amortizasiya xərclərinin azaldılması
    • Nəqliyyat vasitələrinə yol marşrutunun təyin edilməsi və icrasına nəzarət edilməsi; günün sonunda nəqliyyat vasitələrinin təyin edilmiş yola uyğun olaraq hərəkət etməsini, getməyi lazım olan yerlərə nə qədər vaxtda getdiyini və orda nə qədər dayandığına dair hesabatlar hazırlamaq olur
    • Sürücü ilə səsli rabitə əlaqəsinin təmin edilməsi;
    • Avtomabilin bütün istismarı müddətində ondan istifadə tarixcəsinin, o cümlədən ümumi gediş yolu, orta hərəkət surəti, hərəkət qrafiki, yanacaq sərfiyyatı, amortizasiya xərcləri, boş dayanmalara dair müxtəlif cür hesabatların və işlərin avtomatlaşdırılmış qaydada aparılması;
    • MAİL/SMS xəbərdarlıq hesabatı – sistemə qoşulmuş nəqliyyat vasitələrinin sistem ilə əlaqəsi kəsildikdə, müəyyən olunmuş surət həddini aşdıqda, marşrutdan kənara çıxdıqda, akkumulyator zəiflədikdə, soyuducu kameralarda temperatur normanı keçdikdə xəbərdarlıq MAİL və ya SMS-lə göndərilə bilər
    • Avtomobili mühafizə olunma funksiyalarının təmin edilməsi;
    • Sistemin proqram təminatının müştərinin daxili informasiya sistemlərinə asanlıqla inteqrasiya imkanları vardır (mühasibat, logistika, dispetçerlik və.s)
    • İstənilən fəaliyyətlə məşğul olan müştərinin iş prosesinin avtomatlaşdırması və istənilən sistemə inteqrasiya imkanlarının olması, “Online” rejimində olduğu kimi, sonradan yaddaş funksiyasının köməyi ilə avtomobilin hərəkətinə elektron xəritədə vizual nəzarətin təmin edilməsi
    • Avtomobillərdən istifadənin planlaşdırılması, yük daşımalarında təhlükəsizliyin təmin edilməsi, yüklərin daşınma prosesinə və vaxtında çatdırılmasına nəzarətin təmin edilməsi;
    • Əlavə ötürücülərin qoşulması və əlavə funksiyaların (qapının açılıb-bağlanması, sürücü tanınma, həyəcan düyməsi, bakda olan yanacağın səviyyəsinin müəyyənləşdirilməsi, buz kameralarında temperatura nəzarət
    • Avtomobillərin istismarı, idarə edilməsi, hərəkəti, dayanmalar, amortizasiyası, təhlükəsizliyi və s. ilə bağlı istənilən vaxtda tələb olunan bütün növ hesabatların alınması

  • SİSTEMİN İŞLƏMƏ PRİNSİPİ
  • Avtomobildə quraşdırılmış xüsusi cihaz vasitəsilə xüsusi proqram təminatının və GPS peyk naviqasiya sisteminin köməyi ilə məlumatlar oxunur, emal edilir və müvafiq rabitə vasitəsilə mərkəzi idarə etmə nöqtəsinə göndərilir. İnternetdə olan və sistemə qoşulmuş istənilən kompüter vasitəsi ilə elektron xəritədə müşahidəçi bütün nəqliyyat vasitələrini görür və onların vəziyyətləri barədə tam məlumatlara malik olmaqla bərabər müxtəlif hesabatlar almaq, habelə əlavə funksiyaların yerinə yetirilməsi imkanını əldə edir. Nəzarətçinin istəyi ilə marşrut haqqında toplanmış bütün informasiya və ya onun bir hissəsi elektron xəritədə canlanmaqla yanaşı, mətn yazısı formasında oxuna və çap oluna bilər.

    037 038 039