Kosmik şəkillərin təchizatı

INTEGRIS hal-hazırda dünyada fəaliyyət göstərən 20 dan çox aparıcı kompaniyaların təchiz etdiyi yüksək keyfiyyətli və yüksək həssasiyyətli peyk təsvirlərinin və məsafədən duyma məlumatlarının distribyusiya hüququ ilə çatdırılmasını həyata keçirir. Biz müxtəlif fəaliyyət sahələrində çalışan müştərilərimizi QuickBird, IKONOS, GeoEye-1 WorldView-1, WorldView-2, RapidEye, Spot-5, Landsat-7, ALOS və s. peyklərdən əldə olunmuş rəqəmsal məlumatlarla təmin edirik. Bizim təcrübəli əməkdaşlarımız şəkil arxivlərindən lazımi şəkillərin alınması və yeni çəkilişlər üzrə sifarişlərin yerləşdirilməsi üçün zəruri məhsul təkliflərinin müvafiq tələblərə uyğunlaşdırılmasını təmin etmək məqsədilə layihə şərtlərini müəyyən etməkdə müştərilərlə köməklik göstərə bilərlər. Biz çoxsaylı tələblərə cavab verən müvafiq yüksək ölçülü peyk şəkilləri təmin edən spektr üzrə fəaliyyət sahələrində çalışmışıq. İNTEGRİS-i bir peyk şəkilləri təminatçısı kimi səciyyələndirən xüsusiyyət yalnız onun rəqabətəlayiq qiymətləri deyil, həm də sürətli çatdırma müddətidir. İntegris peyk şəkillərinin alınması, yeni sifarişlərin yerləşdirilməsi, rəqəmsal fotoqrametriya və məsafədən duyma məlumatları üzrə yeni texnologiyaların mənimsənilməsi və tətbiqi sahəsində dünyada lider olan kompaniyalarla əməkdaşlıq edir.

 

GeoEye Ikonos QuickBird

                  WorldView RapidEye Landsat

landsat_

 RapidEye

landsat_