CİS proqram lisenziyaları

İNTEGRİS MMC dünyanın lider kompaniyası olan və ABŞ-ın Kaliforniya ştatında yerləşən “Ətraf mühit sisteminin tədqiqatı institutu”nun (Environmental Systems Research Institute, Inc., ESRI) proqram məhsullarının eksklyuziv distributorluq hüququ ilə satışını, texniki dəstək, təhsil və məsləhət xidmətlərini həyata keçirir. ArcGIS proqram məhsulları böyük dövlət və biznes strukturlarında informasiya sistemlərinin yaradılması və effektiv idarə edilməsində, habelə korporativ coğrafi informasiya sistemlərinin qurulmasında ən optimal həll yolu olmaqla dünyada çox geniş yayılmışdır.

1 yanvar 2010-cu ildən etibarən ESRI CIS kompaniyası Rusiya və Azərbaycan Respublikası da daxil olmaqla Müstəqil Dövlətlər Birliyinin (MDB) doqquz ölkəsi üzrə ESRİ-nin eksklyuziv distributorudur. ESRI CIS-in, eləcədə bizim ölkəmizdə İNTEGRİS-in əsas məqsədi coğrafi məlumatlarla işləyən istifadəçiləri coğrafi informasiya sistemləri (CİS) texnologiyaları və proqram təminatı məhsulları ilə təmin etməkdən ibarətdir.

                                                             

  • ArcGIS for Desktop
  •  

    ArcGIS for Desktop-un program lisenziya səviyyələrindən birincisidir. Bu program məkan məlumatlarının vizualizasiyası, idarə edilməsi, yaradılması və analizlərin aparılması üçün çoxfunklsiyalı Coğrafi İnformasiya Sistemidir. ArcGIS for Desktop Basic (ArcView)-məlumatlarının coğrafi parametrlərini müəyyənləşdirir, obyektlər arasında qarşılıqlı əlaqələri təyin edir və sizin biznesiniz üçün yeni inkişaf yollarını müəyyənləşdirir.

                   

    ArcGIS for Desktop Basic (ArcView)-in  imkanları:

    • Xəritələrin tərtibatı, hesabat və diaqramlar vasitəsilə məlumatlar arasında interaktiv qarşılıqlı əlaqələrin yaradılması, çap və  xəritə tərtibatının digər program və dokumentlərə integrasiya edilməsi. 
    • Vahid formatda xəritələrin yaradılması üçün standart şablonlardan istifadə etməklə vaxta qənaət edilməsi. 
    • Vizualizasiya və məlumatların analizi üçün işçi prosesləri təsvir edən model və skriptlərin (programlaşdırma kodları) yaradılması. 
    • Məlumatların oxunması , 70-dən çox müxtəlif formatlı məlumatların importasiyası və idarə edilməsi, o cümlədən, demoqrafik tədqiqatlar, statistik xidmətlər, CAD verilənləri, kosmik  və aerofoto şəkillər, veb sersislər, multimediya və s.
    • İstifadəçilər arasında CİS verilənlərinin və dinamik elementlərin (hesabat, diaqram) effektiv ötürülməsi üçün çap, nəşr edilmə və paylaşma imkanları.
    • Statik xəritələrlə işləməkdən fərqli olaraq Axtarış, İdentifikasiya və Hyperlink alətlərinin imkanlarından istifadə etməklə Coğrafi Verilənlərdən məlumatların əldə edilməsi.
    • Vəziyyətlərə sürətli reaksiyaların verilməsi üçün sürətli və effektiv qərarların verilməsi.

     

     –Coğrafi məlumatların redaktəsi və edarə edilməsi üçün çoxfunksiyalı masaüstü Coğrafi İnformasiya Sistemidir. ArcGIS for Desktop Basic (ArcView)-in bütün funksionallığını özündə saxlamaqla yanaşı əlavə olaraq redaktə etmənin geniçləndirilmiş imkanları və məlumatların keyfiyyətinin yoxlanması funksiyalarını da özündə birləşdirir. ArcGIS for Desktop Standard (ArcEditor) tək və çox istifadəçi redaktə imkanlarını dəstəkləyir ki, bu da məlumatları əldə etmək və çöl şəraitində redaktə etmək imkanı verir.

     ArcGIS for Desktop Standart (ArcEditor)-ın  imkanları:

    • Coğrafi məlumatların eyni anda bir neçə istifadəçi tərəfindən redaktə edilməsi.
    • Məkan məlumatlarının bir-birilə qarşılıqlı mövcud olma qaydalarının məlumatların topoloqiyası vasitəsilə verilməsi.
    • Torpaq sahələrinin effektiv idarə edilməsi və redaktə etmə imkanlarından istifadə. 
    • Mürəkkəb və təkrarlanan iş ardıcılığlarının dəstəklənməsi.
    • Məkan məlumatlarının redaktəsi zamanı keyfiyyətə nəzarət prosedurunun icra edilməsi.
    • Rastr məlumatlarının vektor məlumatlarına konvertasiya edilməsi və skanlaşdırılmış xəritələrin asanlıqla deşifrələnməsi.

     

     

    –ArcGİS proqram məhsulları içərisində maksimal funksionallığa malik masaüstü Coğrafi İnformasiya Sistemidir. ArcGIS for Desktop Basic (ArcView) və ArcGIS for Desktop Standard (ArcEditor)-in bütün funksionallığını özündə saxlamaqla yanaşı əlavə olaraq məkansal analizlərin aparılması üçün genişləndirilmiş əlavə imkanları və professional kartoqrafik alətləri özündə birləşdirir.Coğrafi İnformasiya Sistemi kimi ArcGIS for Desktop Advanced (ArcInfo) faktiki olaraq dünyada standart kimi qəbul olunur və hər gün minlərlə mütəlif təşkilatlar tərəfindən məlumatların yaradılması, redaktə edilməsi və analizi üçün istifadə edilir.

     ArcGIS for Desktop Advanced (ArcInfo)-in imkanları

    • Mürəkkəb CİS analizlərinin və modelləşdirmənin həyata keçirilməsi .
    • İş zamanı məlumatların lay şəklində əlavə edilməsi , obyeklərin məsafə üzrə qiymətləndirilməsi, səth analizi, rastr məlumatların emalı, generalizasiya və s. alətlərdən istifadə edilməsi.
    • Məlumatları müxtəlif formatlarda yayımlanması və eksportasiya edilməsi.
    • Mürəkkəb simvolların və yazıların xəritə üzərində yerləşməsinin idarə olunması.
    • Yüksək keyfiyyətli və nümayişə hazır xəritələrin yaradılması üçün proffesianal kartoqrafik alətlərdən istifadə edilməsi. 

     

    ArcGIS 3D Analyst

    Coğrafi məlumatların 3 ölçülü təsviri, 3ölçülü səthlərin yaradılması, 3 ölçülü məkanda məlumatların redaktəsi və bir çox analitik funkasiyaların aparılması üçündür. Bu modul müxtəlif nöqtələrindən interaktiv baxış imkanı, yer səthinin müxtəlif yerlərindən görünən obyektlər haqqında məlumat əltə etmək, obyektləri təyin etmək  və yer səthinin real təsvirinin yaradılmasına imkan verir. Həmçinin 3 ölçülü təsvirin animasiyası və virtual uçuş görüntüsünün yaradılması imkanı da vardır.

    ArcGIS Spatial Analyst

    ArcGIS for Desktop-un əlavə modulu olub, rastr əsaslı məkansal analizlərin aparılması üçündür. Spatial Analyst modulunun imkanlarına səthlərin yaradılması və analizi, hidroloji hesabatlar və modelləşdirmə, rastr statistikası, qeyri-səlis məntiq metodları, obyektlərin yerləşdirilməsinin optimallaşdırılması, ən qısa yol üzrə axtarış və s. daxildir.

    ArcGIS Network Analyst

     Məkansal şəbəkə analizlərinin aparılması üçün nəzərdə tutulub. Onun köməyi ilə marşrutların yaradılması, ən yaxın xidmət məntəqələrinin axtarışı, xidmət zonalarının yaradılması, nəqliyyat xərclərinin matrislərinin hesablannması və ərazinin cəlbediciliyi nöqteyi nəzərdən analizlərin aparılması kimi qərarlar qəbul etmək olar. Kompleks şəbəkə modelindən istifadə etməklə CİS məlumatlarından,həmçinin, 3 ölçülüsəthlərdə asanlıqla qrafik qurmaq mümkündür. 

    ArcGISGeostatisticalAnalyst

    Mkan məlumatları və 3 ölçülü səthlərin öyrənilməsi üçün bir sıra statistik modellər və funksiyalar təqdim edir.  ArcGISGeostatisticalAnalyst-dan istifadə etməklə, məhdud ölçmə seçimi əsasında, onun etibarlılığının qiymətləndirməklə əsaslı statistik, praqnozlaşdırılmış 3 ölçülü səth yaratmaq olar.

     ArcGISGeostatisticalAnalyst vasitəsilə biz aşağıdakıları edə bilərik:

    • Məlumat dəyişkənliyini və məkan əlaqələrini təhlil etmək, məlumatlarda dəyişən qiymətləri və qlobal və lokal tendensiyaları təyin etmək;
    • Çoxməqsədli təhlillələrdən istifadəyə əsaslanaraq, optimal statistik modellərin, etibarlı proqnoz xəritələrinin, proqnozların etibarlılığının qiymətləndirilməsi xəritələrinin və ehtimal xəritələrinin yaradılması üçün əsaslı qərarların qəbul edilməsi;
    • İnteraktiv şəkildə modellərin parametrlərini dəyişmək və ya onların avtomatik şəkildə optimallaşdırılması üçün kross-kontrol etmək;
    • İnkişaf proseslərinin bütün mümkün senariyalarını simulyasiyasını etməklə, ən pis varianta hazır olmaq;

      ArcGISGeostatisticalAnalyst aşağıdakı sahələrdə praktiki problemlərin həllinə komək edir:

    • Meteorologiya;
    • Monitorinq şəbəkəsinin sıxlaşdırılması və yaxud yaradılması üçün Geoloji kəşfiyyat etməklə optimal məntəqlərin yerini müəyyən etmək;
    • Yataqlar;
    • Ekologiya;
    • Dəqiq kənd təsərrüfatı bölgüsü;
    • Vəhşi təbiətin öyrənilməsi.

    ArcGIS for Desktop-un modulları arasında müxtəlif sahələrdə  ən çox tətbiq edilən moduldur.

    ArcGISSchematics

    Bu modul sxemlərin yaradılması zamanı  təşkilatlara aşkar üstünlük imkanları verir.  (avtomatlaşdırılmış ləyihələndirmə ilə müqayisədə avtomatik yaradılma).

    ArcGISSchematics aşağıdakılara imkan verir:

    • Kompleks şəbəkə sxemlərinin avtomatik yaradılması
    • Şəbəkə əlaqələrinin yoxlanılması.
    • Məlumatların keyfiyyətinin qiymətləndirilməsini təmini.
    • Şəbəkə layihəsinin və onun tərkibinin optimallaşdırılması.
    • Şəbəkə proqnozlaşdırılması və planlaşdırılmasının qiymətləndirilməsi (modelləşmə, simulyasiya və müqayisəli təhlil)
    • Sxematik təqdimatlarla CİS ilə dinamik qarşılıqlı əlaqə imkanı.
    • Bazar və ticarət tədqiqatlarının aparılması.
    • Şəbəkələrin modelləşdirilməsi, blok-sxemlərin yaradılması və qarşılıqlı əlaqlərin idarə edilməsi.

    Tracking Analyst

    Zamandan asılı olaraq dəyişən proses və hadisələrin təqdimatı və analizi üçün imkanlar təqdim edir. Həmçinin bu proseslərin real vaxt rejimində müşahidəsinin aparılmasına imkan yaradır. Bu modulun köməyi ilə mürəkkəb dinamik  proseslər arasındakı qarşılıqlı əlaqələri zamanla dəyişə bilən məkansal təsvirlə vizualizasiyası mümkündür.

    Data İnteroperability

    Bir sistemdə (ArcGIS) )müxtəlif formatlı verilənlərlə işləmək imkanı yaradır. 70- dən artıq program formatlarının ,o cümlədən GML, XML, AutoDesk DWG/DXF, Microstation Design, MapInfo MID / MIF и TAB, Oracle и Oracle Spatial, Intergraph GeoMedia Warehouse və s.  verilənlərinin birbaşa oxunması, dəyişikliklərin yadda saxlanılması və müxtəlif  formatlı verilənlərin import və export edilməsini təmin edir.

    Data Reviewer

    Bu modul vasitəsi ilə Verilənlər Bazasında saxlanılan məlumatların keyfiyyəti və tamlığını yoxlamaq mümkündür.

    Data Reviewer-in imkanlar:

    -Coğrafi Verilənlərin avtomatlaşdırılmış nəzarəti ;
    -Vizual nəzarət imkanları;
    -Səhvlərə nəzarət və verilənlərin keyfiyyəti haqqında hesabatların alınması. 

     

  • ArcGIS for Server
  • ArcGIS for Server–Sizin əməkdaşlarınızla CİS-in bütün imkanlarını paylaşa biləcəyiniz  genişmiqyaslı CİS server platformasıdır. ArcGIS for Server coğrafi məlumatların serverdə emalını, bütün sistemin mərkəzləşdirilmiş idarəetməsi, CİS proqram tətbiqlərinin və servislərin  istifadəsi və  tam nəzarətinin aparılmasını təmin edir.

    ArcGIS for Server  müxtəlif növ cografi informasiya resurslarına multi-user girişini təmin etmək üçün  kompleks imkanlara malikdir: Coğrafi Verilənlər Bazası (CVB), xəritə, alətlər,3D modellər, Adress locator, məsafədən zondlama (Remote Sensing) verilənlərinə və s.

    ArcGIS for Server-in köməyi ilə 3 tip məsələni həll etmək olar:

    1. Verilənlər Bazalarının İdarəetmə Sisteminə (VBİS) əsasında  multi-user Coğrafi Verilənlər    Bazasının  (CVB) formalaşdırılması.
    2. Limitsiz  sayda istifadəçi üçün İnternet və yaxud local şəbəkə üzərindən Veb servislərin yayımlanması.
    3. ArcGIS for Server servislərinin istifadəçiləri üçün client-tətbiqlərin (proqramların) yaradılması. 

     

    ArcSDE (ArcGIS Serverin tərkibinə daxildir) – server üçün proqram təminatı olmaqla, çox-istifadəçi korporativ məkan məlumatlarının, yaradılması, saxlanması və idarə edilməsi məqsədilə istifadə olunur. ArcSDE həmçinin, Oracle , Microsoft SQL Server , IBM DB 2 и IBM Informix kimi xüsusi məlumat bazalarında saxlanılan coğrafi məlumatların idarə edilməsi üçün mükəmməl vasitədir.

     

    ArcIMS – server proqram məhsulu olmaqla Web üzərindən GİS xidmətlərinə, məlumatlara və GİS bazalı xəritələrə eyni anda çoxsaylı istifadəçilərin məhdudiyyətsiz çıxışını təmin etmək imkanlarını yaradır. ArcIMS servislərindən istifadə etmək üçün adi istifadəçilər (klientlər) Web üzərindən ArcGIS Desktopun (ArcInfo, ArcEditor, ArcView) standart modulları ilə işləyə bilərlər.
  • Mobile GIS
  •                                                                                                                                                                                      

     

    Mobile GIS ESRİ-nin mobil program həlləri şəxsi korperativ infrastukturdan ibarətdir. Çoxməqsəd
    li kartoqrafik programlar çöl şəraitində çalışan işçi qrupların işini asanlaşdırır. Korperativ məlumatların operativ yenilənməsi isə ətraflı düşünülmüş qərarların verilməsinə şərait yaradır.

    ArcGIS for Windows Mobile  – Mobil vasitələrdə CİS-in  istifadəsi ilə  təşkilatlar CİS tətbiqinin genişləndirməsini  reallaşdıra bilirlər. Mobil vasitələr üçün program olan ArcGIS for Windows Mobile  Çöl şəraitində CİS məlumatların interaktiv istifasədi və yenilənməsi, mərkəzi serverlə əlaqənin saxlanılması və Verilənlər Bazasının dəqiqliyi və aktuallığını təmin edir.

     ArcGIS forWindows Mobile CİS sahəsində təcrübəsi olmayan çöl işçiləri üçün istifadəyə asan program təminatıdır.

     • Məkansal sorğuları həyata keçirilməsi. 
    • Yeni obyektlərin daxil edilməsi.
    • GPS verilərinin istifadəsi.
    • Coğrafi məlumatların redaktə edilməsi. 

     ArcPad –CİS mütəxəssislərinin çöl şəraitində məlumatların toplanması və ərazilərin xəritələndirilməsi üçün proqram təminatıdır.

     ArcPad  CİS və GPS imkanlarından birgə istifadə edərək  məlumatların tez və effektiv toplanması, redaktəsi və təsvir edilmə  kimi genişləndirilmiş imkanlara malikdir.

     Çöl şəraitində istifadə edilən məlumatlar çoxistifadəli və yaxud  şəxsi Verilənlər Bazalarından təmin edilir və işin sonunda çöl şəraitində  edilmiş dəyişikliklər mərkəzi serverlə sinxronlaşır və bu məlumatlar digər istifadəçilərə əlçatan olur.

     ArcPad şəxsi korperativ CİS proqram tətbiqi olmaqla ArcGISforDesktop və ArcGISforServer-lə birbaşa inteqrasiya imkanına malikdir. 

    Planşet və Smartfonlar üçün ArcGIS – proqram tətbiqi olub xəritə üzərində  naviqasiya, məlumatları toplamaq,  paylaşmaq və CİS analizlərinin aparılması üçündür .

    Planşet və Smartfonlar üçün ArcGIS –in imkanları:

    • Şəxsi korperativ ArcGIS fo rServer  və yaxud ArcGIS Online servis imkanlarından istifadə etmək.
    • Xəritələrin təsvir edilməsi və yeni informasiyaların daxil edilməsi.
    • Mövcud tətbiqi genişləndirmək və yaxud biznesdə  şəxsi maraqlara uyğun yeni tətbiqin tərtibi.
    • Geniş çərçivədə istifadəçilərə giriş hüququ verməklə CİS sərhədlərini  genişləndirmək  .

  • ArcGIS Online
  •                                                                                                                                                             

     ArcGIS Online – web infrastrukturu olmaqla , məkan məlumatlarının (xəritə cografi məlumat və s.) nümayişi, saxlanması və müştərək istifadə olunmasını təmin edir. ArcGISOnline  köməyi ilə istifadəçilər ESRİ və dünya üzrə digər CİS istifadəçilərinin paylaşdığı coğrafi  informasiyalardan istifadə hüququ əldə edirlər. 

     ArcGIS Online for Organizations- a üzv olmaqla web şəbəkədə hal hazırda mövcud, istifadəyə hazır və mühafizə edilən şəxsi  CİS infrastrukturlarından istifadə hüququnu əldə etmək mümkündür. ArcGIS Online for Organizations  şəxsi CİS infrastukturunun saxlanması xərclərinin  azaldılması fonunda  müxtəlif şöbə və işçi qruplar arasında müştərək iş effektivliyini artırır. Belə ki, ArcGIS Online  ilə işləmək üçün əlavə aparat və proqram vasitələri tələb olunmur.

    ArcGIS Online for Organizations-ın  imkanlari aşağıdakılardır. 

    • İstifadəsinin sadəliliyi
    • Çevik olma imkanı
    • Kartoqrafik analizlər
    • Hazır məlumatların əldə edilməsi
    • ArcGISMarketplace
    • Hazır program təminatı
    • Digər sistemlərə integrasiya
    • Layihələr üzərində müştərək işləmək imkanı
    • Müxtəlif mənbələrdən gələn informasiyaların integrasiyası
    • Məlumatların veb üzərindən paylana bilməsi
    • Təhlükəsizlik və müəllif hüquqlarını qorunması
    • Veb proqramların hazırlanması üçün platforma

     

     Portal for ArcGIS -təşkilat ,şəhər və regionların kooperativ CİS platformaları üçün əsas komponentdir. Portal for ArcGİS  ArcGİS for Serverin əlavə moduludur. Bu,  CİS server resurslarının  effektiv istifadəsinə imkan verməklə yanaşı coğrafi məlumatların istifadəsinə daha çox mütəxəssis cəlb edilməsinə şərait yaradır .

     Porta l for ArcGIS  ArcGIS for Server resurslarının idarə edilməsi üçün interfeys sistemini, mobil və internet programlarından istifadə üçün bir çox sadə  imkanları, MicrosoftOffice-in coğrafi məlumatlarla zənginləşdirmə vasitələrini və ArcGISforDesktop-la tam integrasiyasını təmin edir.

    Portal for ArcGIS  CİS sahəsində xüsusi biliklərə malik olmayan insanlar üçün coğrafi məlumatlara baxış və analiz etmə vasitələrini özündə birləşdirir. Təcrübəli CİS istifadəçiləri isə ArcGIS for Desktop, programçılar üçün API və ESRİ-nin digər programları vasitəsilə Portal for ArcGIS-ə qoşula bilirlər.

     

     

     

    Təcrübəli mütəxəssislərimiz ArcGİS istifadəçilərinə və yeni müştərilərimizə zəruri vəzifələrin həlli üçün xüsusi proqram məhsullarının və əlavə modulların seçilməsində hərtərəfli dəstək göstərirlər.