Geodeziya ölçmələri, topoqrafiya

INTEGRIS kompaniyasının “Geodeziya ölçmələri” şöbəsi çöl-tədqiqat işləri, ölçmələr, ərazi və obyektlər haqqında  məlumatların toplanması, emalı və hazırlanması  sahələrində tələb olunan bütün işləri yüksək keyfiyyətlə yerinə yetirir.

 Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İntegris MMC-yə “Geodeziya, topoqrafiya və xəritəçəkmə” fəaliyyətlərinin həyata keçirilməsi üçün №004471 seriyalı lisenziya  verilmişdir. Kompaniya tərəfindən aparılan bütün geodeziya tədqiqat işləri və ölçmələr hal-hazırda qüvvədə olan dövlət və beynəlxalq standartlarına və qaydalarına uyğun olaraq həyata keçirilir.

 Şöbə topoqrafik ölçmələr (planalma), geodeziya və kadastr ölçmələri, mühəndislik geodeziyası, daimi geodeziya nöqtələrinin şəbəkələrinin yaradılması, xüsusi geodeziya tarazlığı, yerin nəzarət nöqtələrinin siqnallaşdırılması və ölçülməsi, nivelir şəbəkəsinin qurulması və tarazlaşdırılması, deformasiya ölçmələrinin yerinə yetirilməsi, yolların və binaların təsviri, yerüstü lazer skanlaşdırılması, texniki inventarlaşdırma, yeraltı və yerüstü kommunikasiyaların təsbit edilməsi, ölçmə məlumatlarının emalı, xəritələşdirilməsi və hesabatların hazırlanması işlərini və xidmətlərini yüksək dəqiqliklə və keyfiyyətlə təmin edir.

 Sahə komandalarının üzvləri ali təhsilli, peşəkar mütəxəssislər olmaqla yüksək səviyyəli ölçmə cihazları (Trimble – R8 GNSS, Leica FlexLine TS02/09, Total Station GPT-9000A, Nikon, Topcon lazer RL-H4DR,  RL-VH4G2 Trimble Recon handheld, GMS – 2 və s.) iş stansiyaları, sahə nəqliyyat vasitələri, habelə digər zəruri avadanlıqlarla təchiz olunub.

 

field3

tetet

010 009