Elektron arxivlərin yaradılması

042Sənədlərin elektron arxivləşdirilməsi – müəssisədə, təşkilatda, idarədə və s. iş yerlərində mövcud kağız məlumatlarının və sənədlərin rəqəmsallaşdırılmasıdır. Elektron arxivləşmə sənədlərin skanlaşdırılması yəni kağız üzərində olan məlumatalrın electron formata keçirilməsi və avtomatlaşdırılmış idarə etmə proseslərini həyata keçirir. Sənədlərin skanlaşdırılması – ən son texnologiyaların köməyilə kağız məlumatlarının rəqəmsal formata keçirilməsi (TİFF, PDF, JPEG və s.) deməkdir. Sənədlərin avtomatlaşdırılmış idarə etmə prosesi – mövcud kağız məlumatlarından istifadə üçün yararlı interfeysin yaradılması və interfeys vasitəsilə elektron məlumat ehtiyatlarının idarə edilməsi, o cümlədən axtarış, köçürmə və çap funksiyalarının yaradılması və rəqəmsal məlumat bazasında saxlanılmasından ibarətdir. Elektron arxivləşmə yüksək keyfiyyətli və sürətli iş üçün bütün zəruri imkanları təmin edir.  Elektron arxivləşmə informasiyanın itməkdən və yanmaqdan qorunmasına təminat yaradır.041

İntegris şirkəti Azərbaycanda ilk dəfə olaraq elektron arxivlərin yaradılmasına başlamış və keçən dövr ərzində bir sıra uğurlu layihələr həyata keçirmişdir. Şirkətimizdə elektron arxivlərin yaradılması üçün zəruri proqram təminatları, müvafiq həllər və xüsusi avadanlıqlar (scaner və s.) mövcuddur, eyni zamanda biz bu sahədə dünyanın ən qabaqcıl kompaniyaları ilə əməkdaşlıq edirik.