Coğrafi informasiya sistemlərinin tətbiqi

Cografi İnformasiya Sistemləri (CİS) istənilən məkanla bağlı məlumatların toplanması, emalı, saxlanılması, hazırlanması, kartoqrafik təqdimatı və yayılmasını təmin edən mükəmməl bir informasiya sistemidir. Coğrafi məlumatların istifadəsi ilə bağlı elmi, tədris və praktiki problemlərin həlli üçün ən əlverişli alət kimi müasir informasiya cəmiyyətində Cografi İnformasiya Sistemlərinin tətbiqi çox böyük sürətlə artmaqdadır.

Şirkətimizin əsas məqsədlərindən biri CİS-in yaradılması, onun tətbiqi, müştərilərimizin ekspertləri üçün CİS-lə bağlı təlimlərin keçirilməsi və Coğrafi informasiya sistemlərinə texniki dəstək xidmətlərinin göstərilməsidir.

CİS ESRİ-ArcGİS texnologiyaları əsasında yaradılır. ArcGİS – proqram platformasıdır, bu sistem əsasında istənilən səviyyəli CİS yaradılır. ArcGİS xəritələrin, proqram təminatları modellərinin, web-brauzerlərin çox asanlıqla yaradılması və publikasiyası, digər sistemlərə integrasiya, coğrafi məlumatların idarə edilməsi, analizi, planlaşdırma və düzgün qərarların qəbul edilməsində ən mükəmməl vasitədir. 

Şirkətimizdə çalışan mütəxəssislərimizin professional təcrübəsi bizə aşağıdakı işləri həyata keçirməyə və CİS-in təbiqi üzrə müvafiq xidmətləri təklif etməyə əsas verir:

 

  • GPS sistemlərinin və digər ölçmə cihazlarının köməyilə məkan məlumatlarının toplanılması, çöl-tədqiat işləri, dəqiq ölçmələr
  • Məkan məlumatları infrastruktrunun (informasiya sisteminin) layihələndirilməsi, avtomatlaşdırılması və obyekt yönümlü CİS analizlərinə əsaslanan funksiyaların yaradılması, xüsusi analizlər və hesabatların alınması
  • Məkan məlumatlarının yeniləşdirilməsi, strukturlaşdırılması, yenidən formalaşdırılması və coğrafi məkan məlumatları ilə (xüsusi yaddaş qurğularında saxlanılan) digər məlumat bazaları arasında qarşılıqlı mübadiləsi və köçürülməsi
  • Məlumatların modelləşdirilməsi və xüsusi çıxışlı məkan məlumatları bazasının layihələndirilməsi və yaradılması
  • Müstəqil və xüsusi təyinatlı CİS proqramlarının hazırlanması, ixtisaslaşmış, xüsusi məqsədli korporativ CİS-in yaradılması
  • CAD işlərinin avtomatlaşdırılması
  • Müstəqil və xüsusi CAD proqramlarının hazırlanması