Xidmətlər

Təbii ehtiyatların və ətraf mühitin idarəedilməsi, inkişafı, təhlükəsizliyinin bir sıra istiqamətləri bizim fəaliyyətimizin tərkib hissəsidir. “Integris” şirkətinin missiyası insan həyatının zənginləşməsinə yönəlib. Dünyanın siyasi xəritəsi zaman-zaman dəyişsə də, bu, yer kürəsinin quruluşuna öz təsirini göstərmir. Dəyişməz olan bu quruluşun xəritələri ən qədim zamanlardan etibarən müasir dövrümüzə qədər insan həyatının, cəmiyyətin, ətraf-mühitin və təbii ehtiyatların idarə edilməsi, inkişafı və təhlükəsizliyində müstəsna rol oynamış və bu gün isə bu aktuallıq daha da artmışdır. Müasir dünyada xəritə məlumatlarının hazırlanmasında elmi-tərəqqinin inanılmaz nailiyyətlərindən geniş istifadə olunur. Mükəmməl texnologiyalardan istifadə olunmaqla nəinki yer kürəsinin, digər planetlərin, hətta Günəşin də səthi və quruluşu haqqında məlumatların əldə edilməsi mümkündür. Geoloji, bioloji və ekoloji problemlərə baxmayaraq, planetin xəritəsi onun nə qədər cazibədar olduğunu göstərir. Yetər ki, bu xəritə olduqca dəqiq hazırlansın. Yenilənmiş saytda fəaliyyətimiz barəsində bütün xəbərlər mərhələlərlə yerləşdirilmişdir. “Xidmətlər”, “Fəaliyyət sahələri”, “Təlim”, “Əmlak qiymətləndirilməsi”, “Konsaltinq” kimi bölmələri də ziyarətçilərin ixtiyarına veririk. Beləliklə, sizlər fəaliyyətimizlə daha geniş tanış ola biləcəksiniz.

Düşünürük və tətbiq edirik: HƏR ŞEY İNSAN ÜÇÜNDÜR!