DATA+ tədris mərkəzi

“DATA+ Tədris mərkəzi” 1997-ci ildən mövcuddur. 2004-cü ildən etibarən isə tədrislər yeni təlim sinfində keçirilir. DATA+ tədris mərkəzinin proqram məhsulları ilə işləmək bacarığının öyrədilməsinə dair ESRİ Sertifikatı var, həmçinin tədris mərkəzlərinin və təlimçilərin sertifikatla təmin olunması üçün ESRİ-nin avtorizə edilmiş xüsusi razılığı əldə edilmişdir.
DATA+ Tədris mərkəzi metodikalarla işlənmiş bütün lazımi avadanlıqla, ESRİ proqram təminatı ilə təchiz olunmuşdur və coğrafi informasiya texnologiyalarının və uzaqdan duyma məlumatlarının əldə olunması metodlarının tədqiqi və istifadəsi üzrə ixtisaslaşmış kadrlar yetişdirir. Təlimlər ESRİ-nin kurs keçmək üçün sertifikat verdiyi mütəxəssislər tərəfindən aparılır.
Kursları müvəffəqiyyətlə bitirdikdən sonra iştirakçılara təsdiq olunmuş nümunədə sertifikat təqdim olunur.
DATA+ Tədris mərkəzi həmçinin sifarişçinin məkanında səfər kursları da keçirir (6-9 nəfərdən ibarət qruplar üçün). 2004-cü ildən etibarən DATA+ Tədris mərkəzində 3000 nəfərdən çox şəxs təlim kursu keçmişdir.
İlkin razılığa əsasən sifarişçidə olan və onun konkret maraqlarına cavab verən sistem modullarının toplusuna müvafiq kurs proqramının modifikasiyası mümkündür. Böyük məmnuniyyətlə Sizlərin diqqətinə təqdim edirik ki, bu link http://www.dataplus.ru/Training/Data.htm vasitəsilə DATA+ kompaniyasının tədris kursları haqqında daha ətraflı məlumatlar əldə edə bilərsiniz.
ESRİ proqram məhsullarının istifadəçiləri Rusiyada və MDB ölkələrində fəaliyyət göstərən istənilən lisenziyalı tədris mərkəzində təlim keçə bilərlər. Həmin mərkəzlərdə də məşğələlər ESRİ metodikaları və materialları əsasında sertifikatlı təlimçilər tətfindən keçirilir.