Təlim

İNTEGRİS MMC dünyanın lider kompaniyası olan və ABŞ-ın Koliforniya ştatında yerləşən “Ətrafmühit sisteminin tədqiqatı institutu”nun (Environmental Systems Research Institute, Inc., ESRI) proqram məhsullarının (xüsusilə ArcGİS) və CAD məhsulları istifadəçilərinə təlim-tədris kurslarının keçirilməsini təşkil edir. Təlimlər İntegris baş ofisində yerləşən xüsusi olaraq təchiz olunmuş Təlim Mərkəzində sertifikatlı mütəxəssislər tərəfindən keçirilir. Təlim prosesində ESRİ proqram məhsullarının istifadəsi ilə bağlı müəyyən olunmuş dərs proqramına uyğun olaraq böyük həcmdə vacib məlumatlar verilir, həmçinin əldə olunan biliklərin möhkəmləndirilməsi və praktiki vərdişlərin yaranması üçün kompüterlərdə kompleks təlim tapşırıqları yerinə yetirilir.
Təlim mərkəzində kurs keçən həvəskar istifadəçilər qısa zaman ərzində proqram təminatından istifadə etməyi maksimum səviyyədə mənimsəyirlər, daha təcrübəli CİS (GİS) istifadəçiləri öz bacarıqlarını artırmaq imkanları əldə etməklə, eyni zamanda proqram məhsullarının yeni versiyaları haqqında məlumatlandırılırlar.
Təlim kursları bir qayda olaraq iki hissəyə bölünür: 1-ci yarısında standart mühazirələr və teoretik biliklər, 2-ci yarısı kompüterlərdə kompleks təcrübə təlimləri keçirilir.
Təlim kurslarının bütün iştirakçılarına rus və ya azərbaycan dillərində tədris dərslikləri və öyrənmək üçün digər zəruri materiallar verilir.
Tədris kurslarının məzmunu və həcmi ESRİ və onun MDB ölkələri üzrə eksklyuziv distributoru olan “Data+” kompaniyası tərəfindən hazırlanmış standartlara uyğundur

ArcGİS və digər CAD proqram məhsulları üzrə tədris kurslarında iştirak etmək üçün telefon, elektron poçt və digər vasitələrlə İntegris kompaniyasına müraciət edə bilərsiniz.