Şirvan şəhərinin Baş planının ilkin layihəsinin təqdimatı keçirilmişdir

“İNTEGRİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin liderliyi,  Litva Respublikasının “Vilnüs planas” bələdiyyə müəssisəsi və “HNİT-BALTİC” Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə təşkil olunmuş konsorsium tərəfindən “Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması” layihəsinin növbəti mərhələsi olaraq, mövcud qanunvericiliyə, beynəlxalq təcrübəyə, xüsusən də Litva təcrübəsinə əsaslanaraq Şirvan şəhərinin yeni baş planının ilkin layihəsi hazırlanmışdır.

04 iyun 2014-cü il tarixində layihənin Şirvan Şəhər İcra Hakimiyyətində təqdimatı keçirilmişdir. Təqdimatda Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və məsul işçiləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparıcı mütəxəssisləri, Şirvan şəhərində fəaliyyət göstərən dövlət qurumlarının və ictimayyətin nümayəndələri iştirak etmişdir. Təqdimat iştirakçılarına Baş plan layhəsi, şəhərsalma kadastrı geoinformasiya sistemi və uğurla həyata keçirilən layihə çərçivəsində tətbiq olunan yeniləklər haqqında ətraflı məlumatlar vermiş, onları maraqlandıran sualları cavablandırılmışdır. Məlumat verilmişdir ki, Baş plan layihəsi iki mərhələni — I mərhələ olaraq 2020-ci ilə qədər olan dövrü, II mərhələ isə perespektiv olaraq 2033-cü ilə qədər olan dövrü əhatə edəcəkdir.

Təqdimat başa çatdıqdan sonra Layihə tapşırığına uyğun olaraq Baş plan layihəsi 60 gün müddətində ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur.

Şirvan şəhərinin sakinləri Şirvan şəhərinin Baş planının layihəsi ilə Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında (Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr.10) və İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (shirvan-ih.gov.az) tanış ola bilərlər.

20140604_111454  20140604_114244

DSCF9942  DSCF9957

DSCF9963 DSCF9916 

20140604_102424 20140604_130017

            DSCF9980  DSCF9971

 

 

tarix İyun 5, 2014, tarix: Yeniliklər Müəllif
Comments are closed.