“İNTEGRİS” yeni əməkdaşlıq müqaviləsi imzalamışdır

“İNTEGRİS” şirkəti istənilən növ çöl ölçmə işlərinin aparılması, naviqasiya və koordinatların yüksək dəqiqliklə müəyyən edilməsi üçün peşəkar geodeziya avadanlıqlarının istehsalı və satışı ilə məşğul olan qabaqcıl xarici kompaniyalarla əməkdaşlıq edir. Növbəti belə əməkdaşlıq əlaqəsi Türkiyə Respublikasının “Geoteknik Geodezi ve Elektronik Aletleri Sanayi Ticaret Limited”  Şirkəti ilə qurulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “İNTEGRİS” MMC “GEOTECH” Şirkəti tərəfindən təqdim olunan KOLİDA markalı nivelir və taxiometr və SOUTH markalı GPS ölçmə avadanlıqlarınn Azərbaycan ərazisində eksklüziv satışını və servis xidmətini həyata keçimək üzrə distribyutorluq hüququnu əldə etmişdir.

Xidmətlərimizlə bağlı istənilən çətinlikdə sizə yardımcı olmağa hazırıq

Bizimlə əlaqə