“İNTEGRİS” MMC-nin 2013-cü il üzrə maliyyə hesabatı hazırlanmışdır

“İNTEGRİS” MMC-nin 2013-cü ilin 01 yanvar tarixindən 31 dekabr tarixinədək illik maliyyə hesabatı hazırlanmışdır. Hesabat, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ilkin dəyər prinsipinə əsasən tərtib edilmişdir. Hazırlanmış maliyyə hesabatlarının “Zaman-Audit” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən audit yoxlaması aparılmış və müvafiq rəy təqdim edilmişdir. Rəyə əsasən tərtib edilmiş maliyyə hesabatı bütün əhəmiyyətli aspektlər baxımından Cəmiyyətin 31 dekabr 2013-cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.

“İNTEGRİS” MMC-nin 2013-cü il üzrə maliyyə hesabatları, maliyyə hesabatları üzrə şərhlər və qeydlərlə, habelə auditor rəyi ilə saytın “Haqqımızda” bölməsində “İllik maliyyə hesabatları” yarım bölməsindən tanış olmaq olar.

tarix İyun 11, 2014, tarix: Yeniliklər Müəllif
Comments are closed.