“İNTEGRİS” MMC “Neft və Qaz Sərgisi”ndə iştirak etmişdir

2014-cü ilin 3-6 iyun tarixlərində Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq “Neft və Qaz Sərgisi” keçirilmişdir. Sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak etmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti çıxış etmiş, bir sıra aparıcı dövlət və hökumət başçılarının təbrik məktubları oxunmuşdur.

“İNTEGRİS” MMC sərgidə ayrıca stendlə təmsil olunmuşdur. Stenddə şirkətin son illər əldə etdiyi nailiyyətlər, həyata keçirilmiş və hal-hazırda icra olunan layihələr,  sahə üzrə təklif edilən iş və xidmətlər barədə məlumatlar əks olunmuş, işlərin həyata keçirilməsində istifadə olunan geodeziya ölçmə avadanlıqları nümayiş etdirilmiş, eyni zamanda, həmin avadanlıqların satışı təklif olunmuşdur.

Sərgi çərçivəsində iştirakçılar və qonaqlar üçün aktual seminarlar keçirilmiş, iştirakçı şirkətlərin təqdimatları təşkil olunmuşdur.

Sergi 20140603_141323

20140603_085301   20140603_085149 

 

                                                        

tarix İyun 13, 2014, tarix: Yeniliklər Müəllif
Comments are closed.