“İntegris” MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC)-nin aktiv üzvlərindən biridir.

“İntegris” MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC)-nin aktiv üzvlərindən biridir.

 

Martın 10-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qiymətləndirmə işi üzrə beynəlxalq və respublika səviyyəli ekspertlər, KİV və QHT nümayəndələri iştirak ediblər. Konfransda qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, yeni İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası və sədr seçilib. O cümlədən, AQC bu yaxınlarda nüfuzlu beynəlxalq qurumun-Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin assosiativ üzvülüyünə qəbul olunması bildirilib.

Konfransda AQC-nin İdarə Heyətinin yeni tərkibdə 11 nəfərdən ibarət üzvləri və 3 nəfərdən ibarət Təftiş Komissiyasının üzvləri seçilib. Təşkilatın fəaliyyətinin daha effektiv və koordinasiya olunmuş şəkildə həyata keçirilməsi üçün idarə heyətinə seçilmiş şəxslər qarşısında müvafiq istiqamətlər üzrə vəzifələr qoyulub. Konfransda səs çoxluğu ilə Nüsrət İbrahimov AQC-nin sədri seçildi.

Həmçinin, Cəmiyyət tərəfindən aparılmış ixtisaslaşma imtahanından fərqlənən qiymətləndiricilərə sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, “İntegris” MMC-nin İnzibati İdarəetmə və Koordinasiya üzrə meneceri Məmmədov Sabir AQC-nin Təftiş Komissiyasının üzvü, Əmlakın qiymətləndirilməsi şöbəsinin müdiri Rüstəmov Fərid isə İdarə Heyətinin üzvü seçilmişdir. Qiymətləndiricilər Mikayılov Elvar və Teymurov Xətai Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ixtisaslaşma imtahanından müvəfəqiyyətlə keçərək cəmiyyətin sertifikatlarına layiq görülmüşdür.

Sonda 11 aprel 2018-ci il tarixdə, Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib (AZƏRTAC).

tarix Mart 12, 2018, tarix: Yeniliklər Müəllif
Comments are closed.

Xidmətlərimizlə bağlı istənilən çətinlikdə sizə yardımcı olmağa hazırıq

Bizimlə əlaqə