“Şirvan şəhəri üzrə dövlət şəhərsalma kadastrının yaradılması ” layihəsi vaxtında uğurla başa çatmışdır.

 

Şirvan şəhərində Dövlət şəhərsalma kadastrının yaradılması üzrə işlərin aparılması ilə əlaqədar “İntegris” MMC ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında 11 fevral 2013-cü il tarixli müqavilə imzalanmış və işə başlanılmışdır. 30 dekabr 2016-ci il tarixində layihə bitmişdir.

Görüləcək işlərin təşkili ilə bağlı olaraq 14 mart 2013- cü il tarixdə Komitədə “İnteqris” MMC, Litva Respublikasının “HNİT-BALTİC” QSC və “Vilniaus hlanas” bələdiyyə müəssisəsinin iştirakı ilə işgüzar görüş keçirilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 22 may 2013-cü il tarixli 10/e nömrəli əmrinə üyğun olaraq bu layihə çərçivəsində Komitənin əməkdaşları 2013-cü ilin 10-14 iyun (beş gün) tarixlərində Litva Respublikasının Ətraf Mühit Nazirliyi yanında Dövlət Ərazi Planlaşdırılması və Tikinti İnspeksiyasında keçiriləcək görüşlərdə iştirak etmək üçün “İntegris” MMC və Şirvan şəhər İcra Hakimiyyətinin aidiyyəti nümayəndələri ilə birlikdə Litva Respublikasının Vilnius şəhərində  işgüzar səfərdə olmuşdur. Həmin müddət ərzində Litva Respublikasının Ətraf Mühitin Mühafizəsi Nazirliyi yanında Dövlət Ərazi Planlaşdırılması və Tikinti İnspeksiyasında, həmin Nazirliyin Ərazi Planlaşdırılması Departamentində, Vilnius bələdiyyəsində, Klaypeda su təchizatı SM (GİS) və bir sıra özəl təşkilatlarda keçirilən işgüzar görüşlər keçirilmiş  və  Litva mütəxəssilərinin şəhərsalma sənədlrinin hazırlanması sahəsindəki təcrübələri ilə tanış olmuşlar. Həmcinin kağız və elektron formatda ərazi planlaşdırılması, şəhərsalma kadastrı və normativ hüquqi aktlar üzrə müəyyən məlumatlar əldə etmişlər.

2016-cı ilin Mayın 6-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Park inn”  otelində “Şirvan şəhəri üzrə dövlət şəhərsalma kadastrının yaradılması və müasir şəhərsalmada elektron şəhərsalma kadastrı məlumatlarının istifadəsi perspektivləri” mövzusunda təqdimat keçirilmişdir.

Layihə təqdimatını Azərbaycan Dövlət televiziyası və İctimai televiziya tərəfindən  işıqlandırmışdır.

“Şirvan şəhəri üzrə dövlət şəhərsalma kadastrının yaradılması” layihəsi çərçivəsində şəhərin baş və müfəssəl plan layihələri işlənmiş, aidiyyəti orqanlar tərəfindən razılaşdırılmış və  Azərbaycan Respublikası  Nazirlər Kabinti tərəfindən  11yanvar 2017-ci il tarixində  3№-li qərarla təsdiq olunmuşdur.

Şirvan şəhərində Dövlət şəhərsalma kadastrının yaradılması  layihəsi  gələcəkdə  ölkənin digər  şəhərlərində Dövlət şəhərsalma kadastrının yaradılması üçün nümunəvi layihə kimi istifadə oluna bilər

ətraflı
tarixMart 9, 2017, tarix: Yeniliklər Müəllif

Şirvan şəhərinin Dövlət Şəhərsalma Kadastrının Avtomatlaşdırılmış Geoinformasiya Sisteminin teqdimatı keçirilmişdir

Mayın 6-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Park inn” otelində “Şirvan şəhəri üzrə dövlət şəhərsalma kadastrının yaradılması və müasir şəhərsalmada elektron şəhərsalma kadastrı məlumatlarının istifadəsi perspektivləri” mövzusunda təqdimat keçirilmişdir.

Təqdimatda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov və Komitənin əməkdaşları, Şirvan şəhər icra hakimiyyətinin və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, layihə üzrə icraçı təşkilat olan “İntegris” MMC-nin mütəxəssisləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

IMG_3316

 

 

 

 

 

 

 

 

 

 

 

Təqdimatı Komitənin sədr müavini Dövlətxan Dövlətxanov açaraq layihə barədə ümumi məlumat vermiş və bildirmişdir ki, Şirvan şəhəri üzrə Dövlət şəhərsalma kadastrının yaradılmasına dair işlərə dövlət büdcəsi hesabına 2013-cü ildə başlanılmışdır və bu sahədə ölkədə həyata keçirilən ilk layihədir.

 

 

IMG_3341

Şəhərsalma kadastrı məlumatlarının istifadəçiləri mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, layihə, elmi-tədqiqat və axtarış təşkilatları, investorlar, daşınmaz əmlak bazarı əməliyyatlarının iştirakçıları, maraqlı hüquqi və fiziki şəxslər, digər sahəvi kadastr xidmətləri hesab olunurlar.

14625432481

 

Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması layihəsi Komitə tərəfindən keçirilmiş açıq tenderin qalibi “İntegris” MMC tərəfindən (Litva Respublikasının “HNİT-BALTİC” QSC və “Vilniaus planas” bələdiyyə müəssisələri ilə birlikdə) hazırlanmışdır.

IMG_3376

Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılmasının başlıca məqsədi şəhərsalma fəaliyyəti həyata keçirilən zaman ərazinin kompleks idarə olunması və tənzimlənməsində, tikintiyə icazə verilməsində şəffaflığın, vahid pəncərə sisteminin təmin edilməsi şərti ilə müvafiq qərarların qəbul edilməsində istifadə edilən və lazım gəldikdə istifadəçilərə təqdim edilən toplanılmış, qeydiyyatdan keçirilmiş, mühafizə olunan şəhərsalama və digər sahəvi kadastr məlumatlarından ibarət dövlət geoinformasiya sisteminin yaradılmasıdır.

Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrı layihəsi çərçivəsində şəhərin baş və müfəssəl plan layihələri işlənmiş, aidiyyəti orqanlar tərəfindən razılaşdırılmış və hazırda təsdiq prosesindədir.

Daha sonra Sistemin yaradılma prosesi barədə layihə rəhbəri Raivaras Klaypaşas və coğrafi məlumat bazasının strukturunun yaradılması və məlumat bazasına məlumatların daxil edilmə üsulları barədə layihənin GİS üzrə baş analitiki Zilvinas Stankeviç çıxış etmişdir.

   IMG_3346

“İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov çıxış edərək məlumatların toplanması, emalı, coğrafi məlumat bazasına daxil edilməsi və kadastr xəritəsinin yaradılması barədə, o cümlədən layihə üzrə ilkin alt materialların hazırlanması, geodeziya və topoqrafiya işləri, tikili və qurğuların indentifikasiyası, mərtəbələr üzrə planların hazırlanması, ərazinin kadastr vahidlərinə bölünməsi və kadastr nömrələnməsi prinsipi barədə təqdimat iştirakçılarına geniş məlumat verdi.

    IMG_3326

Təqdimatda çıxış edən layihənin baş memarı Yeganə Hacıyeva və memar Mindaugas Grabauskas coğrafi informasiya sistemi proqramı əsasında hazırlanmış Şirvan şəhərinin ərazi planlaşdırma sənədlərindən danışdılar və qeyd olundu ki, bu layihədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 12 zona götürülmüşdür. Bu ərazilərdə tikinti ilə bağlı tələblər, ərazinin sərhədləri, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə bağlı məhdudiyyətlərin müəyyən edilməsi vacib şərtlərdən biridir.

      IMG_3354

Təqdimatda həmçinin Şirvan şəhəri üzrə hazırlanmış Şirvan şəhərinin dövlət şəhərsalma kadastrının avtomatlaşdırılmış geoinformasiya sisteminin və Şirvan şəhərində tikililərin dövlət reyestinin elektron qeydiyyat sisteminin işlənməsi və istifadəsi mexanizmi nümayiş olundu.                                             

  IMG_3464

Sonda layihə üzrə təqdimat iştirakçılarının sualları cavablandırıldı və bu layihə ilə bağlı bir sıra təkliflər səsləndirildi.Qeyd edək ki lahiyənin təqdimatını Azərbaycan Dövlət televiziyası və İctimai televiziya işıqlandırmışdır.

 

ətraflı
tarixMay 20, 2016, tarix: Yeniliklər Müəllif

Azərbaycan Respublikasının İsmayıllı və Şamaxı rayonlarını inzibati sərhədləri daxilindəki ərazilərin hal hazırki dövrü əhatə edən multispektral kosmik şəkilləri ilə təchiz edilməsi və ərazinin torpaqlarının müasir istifadə xəritəsinin yaradilmisdir

“Peyk şəkillərinin təchiz edilməsi, ərazinin müasir vəziyyətə uyğun “GİS” xəritəsinin yaradılması” layihəsinin icrası uğurla başa çatdırılmışdır. Rapid Eye peykinə aid 5 m ayırdetmə qabiliyyətinə malik peyk şəkilləri və ArcGİS texnologiyalarına əsaslanan coğrafi bazası hazırlanaraq təqdim edilmişdir.
CİS (Coğrafi İnformasiya Sistemləri) bazasında İsmayıllı və Şamaxı rayonları inzibatı ərazisi daxilində müasir istifadənin vəziyyəti, habelə peyk şəkilləri və onların əsasında ərazinin müasir istifadəsinə dair emal edilmiş və toplanmış digər məlumatlar coğrafi məlumat bazasına daxil edilmişdir.

üsa

sas

 

üe

 

ətraflı
tarixSentyabr 30, 2014, tarix: Yeniliklər Müəllif

“Böyük Bakının Regional İnkişaf Planı” layihəsi üzrə Komitə sədrinin jurnalistlərlə görüşü keçirilmişdir

 

Mayın 15-də “Four Seasons” otelində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Böyük Bakının Regional İnkişaf Planı” (BBRİP) layihəsinin təqdimatı və ictimai müzakirəsi keçirilmişdir.

Aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbiri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov açaraq bildirmişdir ki, Respublikanın tarixində ilk dəfə olaraq belə bir layihə hazırlanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə respublika üzrə, əsasən də Bakı şəhərində şəhərsalma və memarlıq sahəsində bir çox işlər görülmüşdür. Bakının inkişafı, abadlaşdırılması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır. Prezident İlham Əliyevin tövsiyəsi ilə şəhərin mərkəzi hissəsində yaşayış yerlərinin tikintisini məhdudlaşdırmaq, abadlaşdırma işlərini, xüsusilə də yaşıllaşdırmanı artırmaq və şəhərin zəruri infrastrukturunu inkişaf etdirmək nəzərdə tutulmuşdur.

A. Ələsgərov əlavə etmişdir ki, bizim layihəmizdə bütün bunlar nəzərə alınmışdır və ümid edirəm ki, Bakı şəhərinin və rayonlarının İcra Hakimiyyətləri şəhərin tikinti işlərinin davam etdirilməsi zamanı şəhərsalma reqlamentlərinə əməl edəcəklər.

Daha sonra komitə sədri A.Ələsgərovun layihə ilə əlaqədar jurnalistlər ilə görüşü keçirilmişdir.

 

 

mənbə-arxkom.gov.az

 

 

 

 

 

ətraflı
tarixİyun 24, 2014, tarix: Yeniliklər Müəllif