Tərəfdaşlar

ESRİ 1969-cu ildə yarandığı zaman biz bilirdik ki, coğrafi informasiya sistemi (CİS) texnologiyası cəmiyyətdə dəyişiklik edə bilər. Eyni həyəcanı yaşayan başqa şirkətlərlə işlədikcə, CİS-in geniş imkanları bizi həvəsləndirdi. Bu gün bizim CİS-ə inamımız coğrafiyanın verdiyi məna üzərində qurulub – o, bizim bir çox mədəniyyət sahələrimiz və cəmiyyətlərimiz arasında əlaqələr yaradır, həyat tərzimizə təsir göstərir. CİS daha yaxşı ünsiyyət və əməkdaşlıq yaratmaq üçün coğrafi imkanların həyata keçməsini daha da gücləndirir. Bizim internet səhifəmizi gözdən keçirdiyiniz zaman müştərilərimizin yerli, regional, dövlət və dünya miqyaslarında sosial, iqtisadi, biznes və ətraf mühitlə bağlı fikirlərini reallaşdırmaq üçün ESRİ-nin proqram məhsullarından istifadə etməklə coğrafiya sahəsində hansı faydalar əldə etdiklərinin şahidi olacaqsınız. Ümid edirik ki, siz CİS-dən istifadə edərək daha faydalı bir dünya qurmaq üçün ESRİ birliyinə qoşulmağa həvəslənərsiniz.

ESRI  Inc.  otuz beş ildən artıqdır ki, idarə etmə və coğrafi məlumatların  təhlil edilməsi üzrə düzgün qərarların qəbul edilməsində xidmət göstərir.CİS məsələlərinin həllində istifadəçilərin ehtiyaclarını çevik şəkildə  qarşılamağı öhdəsinə götürən ESRİ son CİS texnologiyalarından ,mobil qurğulardan istifadə etməklə və peşakar heyət üzvlərini işə cəlb etməklə özünün göstərdiyi xidmətləri təqdim edir.

3000 işçisi,10 regional ofisi olan ESRİ  ABŞ və ABŞ xaricində  fəaliyyət göstərən 80-dən çox distribyutor  vasitəsilə dünyanın istənilən  nöqtəsində öz xidmətlərini təklif edir. 

İnternet səhifəsi

 

mslogo

Microsoft – proqram təminatıdır , İT texnologiyaları və həlləri şirkətidir . Microsoft-un  78 min işçisi var. Microsoft-un illik gəliri  51 milyard ABŞ dollarıdır .2003-cü ildə Microsoft  Litvada – “Microsoft Lietuva”-da yaradılmışdır, hansıki  proqram təminatının  geniş yayılmasını və informasiya texnologiyalarının    infrastruktur layihələrinin həyata keçirilməsini təşkil edir.

İnternet səhifəsi

 

 

ESRI CIS şirkətinin əsası 2008-ci ilin may ayında qoyulub. Yeni şirkətin qeydiyyata alınması ESRİ, İnc. (Kaliforniya ştatı, ABŞ) və DATA+ Ltd. (Moskva, Rusiya Federasiyası) adlı coğrafi informasiya texnologiyalarının yaradılması və inkişafı sahəsində fəaliyyət göstərən iki aparıcı şirkətin prezidentləri və sahibləri tərəfindən qərara alınmışdır. 2009-cu ilin yanvar ayının 1-dən etibarən ESRİ CİS Ətraf Mühit Sistemləri Tədqiqati İnstitutu, İnc-in (ESRİ) eksklyuziv distribyutorudur. Bu yeni şirkətin iqtisadi fəaliyyət göstərdiyi ərazilərə doqquz MDB ölkəsi daxildir. ESRİ CİS-in Beynəlxalq Distribyutorlar birliyinə daxil olması ESRİ-nin proqram məhsulları istifadəçiləri üçün optimal ümumi dəstək təmin etmək üçün ESRİ strategiyasının vacib bir hissəsidir.

İnternet səhifəsi

logo
“HNIT-BALTIC” 1993-cü ildə Məhdud Məsuliyyətli Cəmiyyət kimi təsis edilərək Litva Respublikasının müəssisələr reyestrində rəsmi qeydiyyatdan keçmiş özəl müəssisədir. Hal-hazırda şirkət kartoqrafiya, təbiətin mühafizəsi, daşınmaz əmlakın kadastrı, kənd təsərrüfatı, mühəndis və kommunal xidmətlərin aparılması, nəqliyyat, ərazi planlaşdırılması, telekommunikasiya və sairə kimi müxtəlif sahələr üzrə Baltikyanı ölkələrdə dövlət, bələdiyyə və özəl şirkətlər üçün GİS proqram təminatı və GİS üzrə İT həlli yollarının aparıcı təchizatçısıdır. Hal-hazırda şirkətdə 70-ə yaxın GİS və İT mütəxəssisi və mühəndisi çalışır. Şirkət əməkdaşları naqilsiz rabitə və telekomunikasiya şəbəkələrinin layihələndirilməsi və məlumatların idarə olunması sahəsində lider olan və dünyada yayılan “Cellular ExpertTM” (CE) yaradıcılarıdırlar.

İnternet səhifəsi

logo (1)
“Ana-Kent” 1988-ci ildə yerli və beynəlxalq layihələrdə şəhərsalma ,mühəndislik ,memarlıq və məsləhət xidmətlərinin aparılması məqsədi ilə Ankarada yaradılmışdır. Yarandığı ildən etibarən “Ana-Kent” şirkəti abadlıq planları, yol layihələri,infrastruktur layihələri ,üst struktur layihələri və şəhərin informasiya sisteminin əsasları üzrə uğurla bir çox işlər həyata keçirmişdir. Fəaliyyət sahələri: Planlaşdırma Xidmətləri,Xəritə,Memari- Üst Struktur Layihələri və İnşası,Şəhər Yeniləmə Layihələri,Şəhər Məlumat Sistemləri , Tədqiqat və Məsləhətçilik Xidmətləri,Ərazi Konsolidasiya Xidmətləri, Geologiya /Geotexnika Xidmətləri, Tikinti,Nəqliyyat Layihələri və Inşası,İnfrastruktur Layihələri və İnşası,Termal Müəssisə Layihələri və İnşası, Enerji layihələri.

İnternet səhifəsi

zzx
Geniş potensial toplusu və yer kürəsinin istənilən yerinə qisa bir zamanda qayitmaq imkanı təklif edərək 5 eyni yer kürəsi müşahidə peykləri olan “RapidEye” bizə çətin əldə olunan sahə şəkillərinin etibarlı şəkildə tam əhatə olunmasını təmin edir və bizim arxivimizi çoxlu sayda gündəlik carı məlumatlarla doldurmağımıza imkan yaradır. “RapidEye” –“ Blackbridge” MMC-nin 5-metrlik peyk təsvirləridir.RapidEye -dövlət orqanları və sənayenin bir çox sahələri üçün aydın və səmərəli seçimdir. Peyklərin göstəriciləri daha çox kənd və meşə təsərrüfatında istifadə üçün uyğundurlar.Bu isə tədqiqatın beş spektral kanallarında həyata keçirilməsi ilə bağlıdır.

İnternet səhifəsi

 

logo

European Space Imaging (EUSI) Avropa və Şimali Afrikadaki  müştərilər üçün yüksək ayırd etmə qabiliyyətinə malik   peyk şəkilərinin qabaqcıl təchizatçısıdır .European Space Imaging (EUSI) şirkəti 2002-ci ildə təsis edilib və Almaniyanın Münhen şəhərində yerləşir. EUSI müştərilərə  göstərdiyi xidmətlərə  görə yüksək nüfuza və müxtəlif texnoloji və kommersiya tərəfdaşlar  şəbəkəsinə malikdir. Şirkət təbii fəlakətlərə qarşı mübarizədə çalışan  böyük Avropa və Beynəlxalq Milli və Regional Təhlükəsizlik, Ətraf Mühitin Monitorinqi,Xəritəçəkmə institutları ilə uzunmüddətli və birbaşa əlaqələr saxlıyır. European Space Imaging (EUSI)   WorldView Global Alliance-nın təsisçilərindən biridir.

 

                                                                                                                                                                                                                           İnternet səhifəsi

 

 

Elmin və texnologiyanın inkişafı davamlı prosesdir: elmin yeni sahələri və ən yeni texnologiyalar insanların tez-tez rastlaşdığı məsələlərin həll olunmasına imkan yaradır. Coğrafi informatika onlardan biri sayılır. Bu həm bir elm sahəsi, həm də bir texnologiyadır. Coğrafi informasiya sistemi (CİS) isə onun bir predmeti, subyekti və alətidir. CİS istənilən məkanla bağlı məlumatların toplanması, saxlanılması, hazırlanması, kartoqrafik təqdimatı və yayılmasını təmin edən bir informasiya sistemidir. Bu cür system beş əsas komponentdən ibarətdir: 1) Texniki təchizat (elektron aparatura), 2) proqram təminatı, 3) məlumatlar, 4) məlumatların hazırlanması və analizi üçün alqoritmlər (üsullar), 5) CİS sahəsində çalışan mütəxəssislər (insanlar). Son üç onillik ərzində CİS böyük dəyişikliyə məruz qaldı – ayrı-ayrı layihələr üçün təcrübə sistemi kimi başlayaraq o, illik dövriyyəsi milyardlarla dollar təşkil edən güclü və tez inkişaf edən informasiya istehsalı sahəsinə çevrildi. Hazırda o, geniş sistem seçimi təqdim edir – nəzərdə tutulan ev və ya PC-nin ekranında görünən başqa bir obyekt ilə birlikdə xəritəni göstərən ən sadə sistemlərdən başlamış yayılmış məlumat bazalarında milyonlarla obyekt üzərində işləyə bilən çox güclü sistemlərə qədər. Məkan analizi iki nöqtə arasındakı ən qısa yolu tapmaqla yanaşı qlobal prosesləri modelləşdirməyə də imkan verir. Məlumat toplama vasitələri də dəyişilib – indi hər kəs peyk naviqasiyasından və ən yüksək ölçülü qeyri-məxfi kosmik şəkillərdən istifadə etmək imkanına malikdir.

İnternet səhifəsi

geoteknik1995-ci ildə İstanbul şəhərində elektron geodeziya ölçmə cihazlarının satışı sahəsində fəaliyyət göstərmək məqsədilə yaradılmış “GEOTECH”  Şirkəti qısa zaman ərzində aidiyyəti bazar seqmentində öz yerini tutmuşdur. Hal-hazırda şirkət inşaat-layihə işlərinin tətbiqi, geodeziya, memarlıq, ərazi ölçmə işləri, xəritəçilik, mədən və meşə mühəndisliyi sahələrində istifadə olunan GPS, Total Station, Teodolit, rəqəmsal, lazer və klassik nivelir, lazerli məsafə ölçmə cihazlarının, onların ehtiyat hissələrinin və aksesuarlarının satışını, onlara texniki dəstəyi, servis xidmətini və istifadəsi üzrə təlimlərini həyata keçirir.

Integris MMC 2014-cü ilin   yanvar ayından “GEOTECH” şirkəti ilə əməkdaşlıq edir.

İnternet səhifəsi

 

ABŞ-ın Georgia ştatının Atlanta şəhərində əsası qoyulmuş Yer Resursları Məlumatlarının Analiz Sistemi (Earth Resource Data Analysis System – indi ERDAS kimi tanınır) 1978-ci ildə yaranıb. İndi İsveçin Hexagon qrupunun bir üzvü olan ERDAS coğrafi məkan məlumatlarını qərarvermə proseslərində faydalı olan informasiyaya çevirərək təşkilatın tələblərinə tam cavab verən həll yolları təmin edir. Şirkətin zəngin tarixi və təcrübəsinə əsaslanaraq demək olar ki, ERDAS coğrafi məkan məlumatı bazarında liderdir. ERDAS coğrafi məkan məlumatlarının istifadəsi, coğrafi proseslər, fotoqrammetriya, məlumat istehsalı, uzaqməsafəli zondlama, müəssisə məlumatlarının idarə olunması, coğrafi əməkdaşlıq və məlumat ötürülməsi sahələrində ən geniş həll yolları təmin edir. Açıq Məkan Məlumatları Konsortiumu (AMMK) və Standartlaşma üzrə Beynəlxalq Təşkilat (SBT) ilə uyğunlaşaraq ERDAS mövcud olan ən qabaqcıl Arxitektura Xidməti (AX) ilə standartlara uyğun həll yolları təqdim edir. ERDAS Coğrafi məkan məlumatlarının yaradıması, idarə olunması, bağlanması (əlaqələndirilməsi) və ötürülməsi ilə bağlı həll yolları təqdim edərək məlumatların müəssisə, şəbəkə, mobil və internet müştəriləri üçün tam inteqrasiya olunmasına zəmanət verir. Biznes Şirkətinə bir dayaq kimi, ERDAS gündəlik biznes tələblərini yerinə yetirir.

İnternet səhifəsi

2001-ci ildən bəri fəaliyyət göstərən INTA Spaceturk, Avrasiya regionu daxilində kosmik uzaqməsafəli zondlama texnologiyaları üzrə qabaqcıl və aparıcı şirkətdir. İNTA Spaceturk müxtəlif şəkillər əldə etmək üçün Ankara şəhərində yerləşən yerüstü peyk stansiyasından GeoEye 82 sm ölçülü İkonos şəkil çəkən peyki birbaşa yükləməklə öz fəaliyyətinə başlamışdır. GeoEye-ın Əsas Kanal Partnyoru kimi o, nəinki İkonos-un, həm də yeni 50 sm ülçülü GeoEye-1 şəkil məhsullarının Türkiyədə, Azərbaycanda və Gürcüstanda ekskluziv mənbəyi olmaqda davam edir. Regiona aid geniş şəkil arxivi ilə o, 50 sm, 1 m və 2,5 m ölçülərdə şəkil məhsulları təmin edir. Digər qabaqcıl texnologiyaları və ekspertlərdən ibarət personalı ilə yanaşı İNTA Spaceturk peyk təsvirləri və kommunikasiyalar əsasında öz proqram idarəçiliyini, proqram təminatını, Coğrafi İnformasiya Sistemlərini və təhlükəsizlik proqramlarının inkişafı işlərini qiymətli məhsullara və xidmətlərə çevirir.

İnternet səhifəsi

Kadaster torpaq və evlərə yoxsulluq dərəcəsini azaldan etibarlı hüquqlar təmin edir ki, bu da əmin-amanlıq və tərəqqi üçün ilkin zəruri şərtdir. Bu, Kadaster-in Haaqa şəhərində məşhur Krallar Zalında vaqe olacaq 175-ci ildönümü ilə bağlı rəsmi mərasimin əsas diqqət mərkəzidir. Noyabrın 13-ü, çərşənbə axşamı hökümət və beynəlxalq spikerlər (natiqlər) bundan 25 il sonra dünyanın necə görünüşə sahib olacağı barədə öz fikirlərini bölüşəcəklər. Möhtərəm Kraliça da qonaq olmaq şərəfinə nail edəcək. Öz sosial öhdəliklərindən asılı olaraq Kadaster torpaq administrasiyasının daha da inkişaf etməsi zəruri olan ölkələrdə əmin-amanlıq və inkişafı bərqərar etmək məqsədini daşıyır. Təxminən 15 ildir ki, dəstəyə ehtiyacı olan ölkələrlə bu beynəlxalq əməkdaşlıq inkişaf edir. Hazırda, özəl və dövlət sektorları, universitetlərlə faydalı əməkdaşlıq sayəsində təxminən 50 layihə həyata keçirilib. Yubiley mərasimində yoxsulluq dərəcəsinin azaldılması, iqtisadi artım və torpaq administrasiyası və onun əhəmiyyəti kimi məsələlər müzakirə olunacaq. Kadaster qeydiyyata alır və məlumat verir… Kadaster, yaxud Hollandiya Torpaq Reyestri İdarəsi Niderlandda qeydiyyata alınmış əmlaklar barədə məlumatlar toplayır, onları dövlət reyestrlərində və kadastr xəritələrində qeydə alır və dövlət işçiləri, şirkətlər və cəmiyyətdə digər maraqlı tərəflər üçün açıq təmin edir. Qeydiyyata alınan obyektlərə sadəcə ev və mənzil kimi daşınmaz əmlaklar deyil, həm də gəmi və təyyarə kimi daşınan əmlaklar da daxildir. Daha sadə desək, Kadaster qeydiyyata alır və məlumat verir; məlumat detalları istehlakdır, məlumatın özü isə istehsaldır. Qeydiyyat aparma, məlumatlandırma, qeydləri və istifadə planlarını qoruyub saxlama kimi özünüidarəetmə dövlət orqanı öhdəlikləri 1832-ci ildən etibarən Kadaster-a həvalə olunmuşdur. Kadaster-in bütün bu öhdəlikləri daha yaxşı yerinə yetirməsini təmin etmək üçün o, 1994-cü ildə “Özünüidarəetmə dövlət orqanı” élan olundu. Bu o deməkdir ki, Kadaster öz vəzifələrini bir müstəqil təşkilat kimi icra edən dövlət qanunu ilə müəyyən edilmiş hüquqi müəssisədir.

İnternet səhifəsi

ISLEM Group of Companies İSLEM Şirkətlər Qrupunun bir üzvü olan İSLEM GİS özəl mühəndislik, konsaltinq və təlim şirkətidir. İSLEM GİS, ESRİ GİS texnologiyasına əsasən ümummilli sosial-iqtisadi və fiziki resursların idarə edilməsi xidmətlərini həyata keçirir. Şirkət peyk təsvirləri məlumatlarından əlavə, dünyada lider olan ESRİ GİS məhsulları, İTT VİS ENVİ və C TECH proqram təminatları üzrə distribyutordur. Şirkət Türkiyədə həyata keçirilmiş böyük həcmli CİS layihələrində geniş təcrübəyə malikdir.

İnternet səhifəsi

DHV ətraf mühit və sabitlik, ümumi binalar, istehsalat və sənaye fəaliyyəti, şəhər və regional inkişaf və su sahələrində xidmətlər və yeni həll yolları təmin edən beynəlxalq aparıcı konsultasiya və mühəndislik firmasıdır. Bizim xidmət dairəmiz idarəetmə üzrə konsultasiya, məsləhət, dizayn və mühəndislik, layihə idarəçiliyi, müqavilə idarəçiliyi və əmlak idarəçiliyi daxil olmaqla bütün layihə prosesini əhatə edir.

İnternet səhifəsi

SOVZOND ASC 1992-ci ildə yaradılmış özəl sektora aid müəssisəsidir. Şirkətin təqdim etdiyi əsas xidmət sahələri aşağıdakılardır: peyk təsvirlərinin, proqram təminatının və texniki dəstəyin təmin edilməsi, konsultasiya xidmətləri, şəkil alma prosesi, qiymətli məhsulların yaradılması və s. SOVZOND dünyanın aparıcı Yer (məkan) informasiyası təşkilatlarının nüfuzlu distribyutoru və satış nümayəndəsidir. 1999-cu ildən bəri SOVZOND Rusiya bazarında və xarici bazarlarda həm Rusiya, həm də xarici peyklərdən əldə edilmiş Yerin uzaqməsafədən duyma (peyk təsvirləri) üzrə rəqəmsal məlumatları təmin edir. Biz müxtəlif fəaliyyət sahələrində çalışan müştərilərimizi Resurs-DK, WorldView-1,2, GeoEye, QuickBird, IKONOS, RapidEye, ALOS, Terrasar-X, Radarsat və s. peyklərdən alınmış rəqəmsal zondlama məlumatları ilə təmin edirik. SOVZOND QuickBird peyk təsvirlərini Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxil olmaqla səkkiz MDB ölkəsində yaymaq üçün xüsusi səlahiyyətə malikdir.

İnternet səhifəsi

DigitalGlobe özünəməxsus bir şəkil (yerin təsvirləri) təminatçısıdır, çünki bizim təsisçilərimiz ardıcıl və sürətlə yayılan yüksək keyfiyyətli yer şəkilləri və coğrafi məkan məlumatları təchizatına gəlir daxil etmək istəyən elm xadimləri və CİS xəritəsi istifadəçiləri olub. Biz müştərilərimizin nə tələb etdiyini və nəyi dəyərləndirdiyini anlayan şirkətlə xüsusi qayğıkeşliklə, məmnuniyyətlə və rahat işləyirik və şəkilləri və məlumatları hər kəsdən yaxşı ötürürük. Bizim yüksək keyfiyyətli peyk və kosmik şəkillərimizin və təminat məhsullarımızın bir neçə faydası aşağıda sadalanır: Yüksək ölçülü kommersiya peyklərinin və kosmik uçuş proqramlarının geniş yayılan bürcü. Sizin proqramlarınız və layihələrinizlə tam inteqrasiya edən yüksək ölçülü şəkillərin və coğrafi məkan məlumatlarının etibarlı ötürülməsi. Bizim qlobal, onlayn, şəkil kitabxanamızda vaxtında edilən toplamalar və yenilənmələr. Yeni dövr coğrafi məkan məlumatları həll yolları üçün daimi investisiya. Aparıcı üstün təcrübəyə və dəstəyə malik dəyərli ticarət vasitəçilərinin və strateji partnyorların ümumdünya şəbəkəsi. Dünya səviyyəli böyük həcmli ortofotoların və məlumatların idarəedilməsi vasitələri.

İnternet səhifəsi

SYSTRA iki mühəndislik şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır: onlardan biri 1957-ci ildə SNCF (SOFRERAIL, Société d’Etudes et de Réalisations Ferroviaires) tərəfindən, digəri isə 1961-ci ildə RATP (SOFRETU, Société d’Etudes et de Réalisations de Transports Urbains) tərəfindən yaradılmışdır. Hər iki şirkət filialı Fransadan kənarda və tələb olunan hər yerdəki müştərilərinə öz əsas şirkətlərinin bilik və təcrübəsini bazarlarda təqdim etmək, xarici şəbəkə operatorlarına texniki dəstək təmin etmək, ən son texnologiya tətbiq etməklə ya mövcud xətləri müasirləşdirmək və ya yeniləmək, ya da yeni xətlər qurmaq üçün nəzərdə tutulub. Onlar öz təcrübələrini həm dizayner, həm də operator kimi birləşdirmək bacarığı ilə beynəlxalq aləmdə xeyli dərəcədə tanındılar. İki şirkət arasındakı əlaqə onların hər ikisi üçün zəruri məqsəddən – aparıcı mühəndislik şirkətləri arasında öz nüfuzlarını qaldırmaq üçün beynəlxalq biznesdən kifayət qədər gəlir əldə etmək məqsədindən və öz əməkdaşlarının texniki təcrübə və bacarıqlarının təqdirəlayiq olması faktından irəli gəlir. Birləşmə bu iki kompaniya arasında öz mütəxəssislərin müvafiq texniki bacarıqlarını qoruyub saxlamaq üçün bitməyən rəqabətə bir son qoydu: Şəhər nəqliyyatı mühəndisliyi Dəmiryolu və şəhərlərarası mühəndislik.

İnternet səhifəsi