Şirkət haqqında

İNTEGRİS MMC 2006-cı ilin may ayında yaradılmışdır. Şirkətimizin əsas misiyası insan həyatının, təbii ehtiyyatların və ətraf mühitin idarəedilməsi, inkişafı və təhlükəsizliyinin bir sıra istiqamətləri və sahələri üzrə planetimzdə böyük sürətlə yenilənən ən son elmi tərəqqinin və texnologiyaların mənimsənilməsində və tətbiq edilməsində aktiv fəaliyyət göstərməklə müxtəlif xidmətlər təqdim etməkdən ibarətdir.

Şirkətin əsas fəaliyyət sahələrinə Coğrafi İnformasiya Sistemlərinun tətbiqi, Rəqəmsal Fotoqrammetriya və uzaq məsafədən duyma, geodeziya və topoqrafiya, çoxməqsədli rəqəmsal xəritə məhsullarının və ərazinin təşkili planlarının hazırlanması, Məlumat bazalarının və GİS əsaslı korporativ sistemlərin yaradılması və idarə edilməsi, elektron sənəd dövriyyəsi və müəssisə ehtiyyatlarının plnalşadırılması (ERP) sahələrində proqram təminatlarının hazırlanması, naviqasiya və avtomobil izləmə sistemlərinin tətbiqi, elektron arxivlərin yaradılması, əmlakın qiymətləndirilməsi, qeyd edilən istiqamətlər və digər sahələr üzrə peşəkar səviyyədə konsalting xidmətlərinin göstərilməsi aiddir. Eyni zamanda şirkətimiz dünyada lider olan ESRİ kompaniyasının qabaqcıl texologiyalırının və proqram lisenziyalarının, hal-hazırda dünyada fəaliyyət göstərən 20 dan çox aparıcı kompaniyaların təchiz etdiyi peyk təsvirlərinin və məsafədən duyma məlumatlarının, habelə yüksək dəqiqliyə malik müasir elektron ölçmə cihazlarının distrtibyusiya hüququ ilə satışını həyata keçirməklə yanaşı həmin məhsullardan istifadənin öyrədilməsi və texniki dəstək göstərilməsi, habelə, GİS –in tətbiqi, müasir geodeziya avadanlıqları və digər texnologiyardan istifadə sahəsində yüksək səviyyəli treninqlərin keçirilməsini təmin edir.

Hal-hazırda İNTEGRİS-də ali təhsilli, beynəlxalq səviyyədə bilik və təcrübəyə malik, Azərbaycan, Rusiya, Türkiyənin aparıcı universitetlərində təhsil almış, habelə İsveçrə, Almaniya, Hollandiya, İsveç, Litva, İtalia, Tunis, Türkiyə, Rusiya, Çexiya və Malaziyanın müvafiq təşkilatlarında xüsusi terninqlər keçərək, sertifikatlar almış peşəkar mütəxəssislər çalışır. Mütəxəssislərimiz Coğrafi İnformasiya Sistemləri (CİS), rəqəmsal fotoqrammetriya, məsafədən duyma, geodeziya-topoqrafiya, xəritəçəkmə, çoxsahəli kadatstr sistemlərini yaradılamsı və idarə edilməsi, proqram təminatları, informasiya texnologiyaları, şəhər və ərazi planlaşdırılması, layihələndirmə, təbii ehtiyyatların və ətraf-mühitin mühafizəsi və idarə edilməsi, elektron sənəd dövriyyəsi, əmlakın qiymətləndirilməsi, yerli və beynəlxalq qanunverciliyə uyğun satınalmaların həyata keçirilməsi, layihə və kontraktların idarə edilməsi və digər istiqamətlər üzrə zəruri xidmətlərinin göstərilməsi sahəsində yüksək səviyyədə bilik, bacarıq və təcrübəyə malikdirlər.

İntegris öz fəaliyyət və xidmət sahələri üzrə dünyanın, o cümlədən Türkiyə, Almaniya, Hollandiya, Rusiya, Amerika, Fransa, Polşa, Litva, Latviya, Azərbaycan və digər ölkələrin bir sıra aparıcı kompaniyaları ilə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malikdir, bir neçə xüsusi məhsulların satışı, treninqi və dəstəklənməsi üzrə düstribyusiya hüquqlarını əldə etmişdir.

Yarandığı dövrdən etibarən İntegris MMC ayrı-ayrı dövlət təşkilatlarının, yerli və xarici kompaniyaların və fiziki şəxslərin müraciətləri əsasında çoxsaylı uğurlu layihələr həyata keçirmiş, maliyyə cəhətdən dayanıqlı olmaqla, yerinə yetirlmiş işlərin yüksək keyfiyyəti, operativliyi, beynəlxalq layihələrin həyata keçirilməsi üzrə təcrübəsi və müştərilərə həssas münasbətinə görə lider kompaniyalardan birinə çevrilmişdir.

İNTEGRİS MMC-nin strukturunda Rəhbər heyət, Goğrafi İnformasiya Sistemləri, Geodeziya ölçmələri, İnformasiya Texnologiyaları və Proqram təminatı, Məsləhət xidmətləri, Əmlakın qiymətləndirilməsi, Satış, biznesin inkişafı və beynəlxalq əlaqələr departamentləri və Gəncə şəhər filialı olmaqla 32 nəfər daimi çalışan əməkdaşı vardır.

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İntegris MMC-yə “Geodeziya, topoqrafiya və xəritəçəkmə” fəaliyyətlərinin həyata keçirilməsi üçün №004471 seriyalı lisenziya verilmişdir.