Telekommunikasiya

Uyğun texnologiyalar telekommunikasiya (telerabitə) sənayesini dəyişdi və yeni rəqabət arenaları yaratdı. CİS-in təqdim etdiyi vasitələrin köməyilə siz bütün fəaliyyətinizin səmərəsini artıraraq bu rəqabət bazarında üstünlüyü saxlaya bilərsiniz.

 CİS sizə öz informasiyanızı sektorlar üzrə inteqrasiya etmək üçün ümumi platform təmin edir. CİS-in köməyilə siz demoqrafik və bazar trendləri kimi xarici məlumatları toplayan zaman iş proseslərini yoxlaya bilərsiniz. Çoxsaylı analiz və vizualizasiya vasitələri sizin şəbəkə planınızda və texnikanızda, marketinq və satışda, və müştəri xidməti şöbələrinizdəki işləri sistemli şəkildə modelləşdirmək, qaydaya salmaq və vizualizasiya etməyə kömək edir.

 CİS sizə aşağıdakı fəaliyyət sahələrində daha faydalı nəticələr əldə etməyə kömək edəcək:

  • Marketinq
  • Şəbəkə planlaşdırılması
  • Mühəndislik və tikinti
  • Satış
  • Müştəri xidməti və əmək resurslarının idarə olunması

 CİS informasiya axınını gücləndirən və daxili münasibətləri və əməkdaşlıqları xeyli inkişaf etdirən ümumi bir platforma yaradır. CIS Radio tezliyinin planlaşdırılması (RF), şəbəkə dizaynı, spektral idarəetmə və ötürmə üçün sürətli və davamlı simulyasiyalar təmin edən mükəmməl bir alətdir.

 İntegris MMC-nin təqdim etdiyi proqram təminatı həlli – Telekommunikasiya infrastrukturunun mərkəzləşdirilmiş məlumat bazası və avtomatlaşdırılmış idarəetmə sistemi CİS texnologiyaları əsasına yaradılmışdır, mükəmməl rəqəmsal xəritə məlumat bazasına malikdir və hal-hazırda Azərbaycanın nəhəng telekomunikasiya təşkilatlarında uğurla tətbiq edilir. 

 

p20p1-lg blurb-network image008

 

image010

 

image009 image007