Ümumi planlarda (regional) Azərbaycan Respublikasının ərazisində və ərazi hissələrində tarazlaşdırılmış sosial, iqtisadi, ekoloji və mədəni şəraitin yaradılması və inkişafı və onun beynəlxalq , milli, regional, yerli və sahə proqramları üzrə inzibati-ərazi vahidlərinin inkişafının iqtisadi planlaşdırılması və proqnoz göstəriciləri nəzərə alınmaqla, dövlətin şəhərsalma siyasətinin əsas istiqamətlərinə müvafiq olaraq yaşayış məntəqələrinin planlaşdırılması nəzərdə tutulur.
Baş planlarda şəhər və ya digər yaşayış məntəqələrinin ərazisi üçün nəzərdə tutulan torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadənin növü proqnozlaşdırıla bilən ehtiyaclara əsasən ümumi şəkildə təsvir edilir. Belə ki,baş planın işlənilməsi mərhələsinə şəhər sərhədlərinin dəyişdirilməsi, bu sərhədlər daxilinə yeni yaşayış məntəqlərinin salınması prosesi aiddir.Baş planda xəritə-sxem üzərində kapital tikinti obyektlərinin yerlərinin təyin olunması öz əksini tapır. Təyin olunmuş şəhər ərazilərinin sərhədlərində həmçinin:
Avtomobil yolları, ictimai nəqliyyat, körpülər və bu kimi nəqliyyat mühəndis qurğularının da planlaşdırılması baş planda nəzərdə tutulur.Baş plan mövcud vəziyyətə görə xəritə və ya sxem üzərində ərazi planlaşdırılması prosesini həyata keçirir. Baş planın məzmun və mahiyyətində ərazi planlaşdırılması haqqında mövcud qanunverici aktlar nəzərə alınır.Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya baş planın hesabat müddəti bitdikdə qəsəbələrin, kəndlərin və perspektivdə hesabi əhalisi 50 minə qədər olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir.Ərazinin müfəssəl planı yeni tikinti və yaxud lahiyələndirilən ərazinin əhatə edir , iri miqyasda hazırlanır. Ərazinin müfəssəl planı özündə tikintinin xüsusiyyətlərini (müvafiq normativ aktlara uyğun) müəyyən edir.Müfəssəl plan torpaq sahələrinin ayrılması, onların məqsədli, həmçinin torpaq servitutlarının tətbiq edilməsi barədə qərarların qəbul edilməsi üçün əsasdır.
Bina ve qurğuların isə layıhələndirilməsi gələcək yaşayış binaları ,ticarət mərkəzləri, istehsalat sahələri tikintisinin əsas mərhələsidir.Buna görə bizim mütəxəssislər bu məsələnin həllinə kompleks şəkildə yanaşır və müştərilərin istəklərini nəzərə alırlar.
Bina və qurğuların layıhələndirilməsi yeni texnologiyaların , həmçinin müasir texnoloji avadanlıqların istifadəsi ilə aparılır.İşin ilk mərhələsi eskiz layihənin yaradılmasıdır. Eskiz layihələndirmə mərhələsində baş planın eskizi yaradılır, memarlıq və inşaat həllərinin əsasları işlənir.Eskiz layihələndirmə 3D qrafika ilə işi nəzərdə tutur. Üçölçülü format otağın detallı planlamasının yaradılmasına köməklik göstərir. Binaların layihəsinin işlənməsinə bu cür qrafik yanaşma bütün təsvirlərin bir təsvirdə toplanmasına icazə verir. Həmçinin virtual layihənin köməyi ilə bütün elementlərlə effektiv işləmək mümkündür.Bina və qurğuların layihələndirilməsinin yekunu -şəhərsalma, memarlıq, texniki, ekoloji həlləri təyin edən bir işçi layihədir.Bina və qurğuların layıhələndirilməsi təklif edir:
Ümumiyyətlə, şəhərsalma layihələndirilməsi və ərazilərin idarə olunması olduqca mürəkkəb prosesdir. Düzgün qərarlar qəbul etmək üçün çoxlu sayda amillər nəzərə alınmalıdır.Təsadüfi deyil ki şəhərsalmada tək memarlar-planlayıcılar deyil, həmçinin şəhərsalma sənədlərinin hazırlanmasının işlənməsində müxtəlif sahələr üzrə çalışan mütəxəssislər,memarlar,mühəndislər,coğrafiyaçılar,geoloqlar,iqtisadçılar iştirak edir. Şəhərsalma və ərazi inkişafının planlamasına bütün təsir edən amillərin təhlili və qeydə alınması vacibdir. Bu kimi amilllərə əhalinin sıxlığı, tikililərin sıxlığı, ekoloji vəziyyət,nəqliyyat mövcudluğu, obyektlərin məkan bölüşdürülməsi (məsələn, ərzaq mağazalarının ),mühəndis kommunikasiyalarını və s. aid etmək olar.CİS texnologiyalarının və rəqəmsal kosmik şəkillərin ərazi planlamasındaki əsas üstünlükləri aşağıdakılardır : rəqəmsal kartoqrafik materialları və semantik verilənlər bazasını mütəmadi olaraq yeniləmə imkanı, ərazilərin çoxlu sayda inkişaf variantlarını , həmçinin onların vizual təsvirinin modelləşdirmək imkanı və s.CİS-in daha bir üstün cəhəti də müxtəlif kartoqrafik obyektlərin vizuallaşdırılması, tematik xəritə və planların yaradılması,obyekt haqqında məlumat əldə edilməsidir.Beləliklə, müasir CİS texnologiyalarının istifadəsilə şəhərsalma sənədləşməsinin işlənməsi şəhər ərazisininn rasional istifadəsi, şəhərin kompleks şəhərsalma üzrə inkişafı üçün zəruri şəraiti yaradır.Son zamanlarda CİS-də istifadə olunan 3D texnologiyalarına böyük diqqət yetirilir. 3D model şəhərin tikililərinin ərazisi haqqında adi xəritədən daha geniş və tam təsəvvür verir.