Kənd təssərrüfatı, Su ehtiyatları və Torpaq istifadəçiliyi

 

CİS-in ətraf mühiti, əraziləri və iş proseslərini analiz etmək və vizuallaşdırmaqh bacarığının kənd təsərrüfatı sahəsində çox faydalı olduğu sübut olunmuşdur. CİS təsərrüfatda məlumatların və nəticələrin tarazlaşdırılması, onun uğuru və səmərəliliyi üçün əsas amildir.

CİS fermerlərə istehsalı artırmağa, xərcləri azaltmağa və öz torpaqlarını daha səmərəli idarə etməyə kömək etməklə yanaşı, kənt təsərrüfatı ərazilərinə nəzarəti, monitorinqi, ərzaq təhlükəsizliyi və su istifadəsi kimi  amilləri müəyyən etmək, ölçmək, xəritələndirmək və təhlil etmək üçün mükəmməl vasitədir.

CIS-in kənd  təsərrüfatında tətbiqi sahələri:

  • ərazi şərtlərinə, iqlimə müvafiq olaraq  kənd təsərrüfatı məhsullarının istehsalı  prosedurlarını  səmərəli, dəqiq və zamanında  yerinə yetirilməsi;
  • verilənlərin işlənməsi, təhlili, işin keyfiyyətinin  yüksəldilməsi  hesabına torpağın becərilməsi və onun işlənməsinə sərf olunan xərclərin azaldılması nəticələrinin yaxşılaşdırılması
  • əkin sahələrinin və bitkilərin monitorinqi, məhsulun proqnozlaşdırılması, təsərrüfat  prosedurlarının düzgünlüyünə və zamanında yerinə yetirilməsinə nəzarət
  • kənd təsərrüfatıının müxtəlif sahələri və növləri üzrə məlumatların toplanması, torpaq sahələrinin identifikasiyası və idarə edilməsi, xüsusi informasiya sistemlərinin yaradılması
  • Aqrotexniki prosedurların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə operativ nəzarət, optimalaşdırma, k/t texnikası, gübrə, pestisit və herbisitlərin istifadəsində qənaətin və səmərəliliyin artırılması,

Suvarma tələblərinin müəyyən olunması, axın şəbəkələri və su ayrıcıları üçün əsas yaradan səth yüksəkliyi üçün axının və axın yolunun  uzunluğunun hesablanması ilə bağlı hidroloji təhlil  aparmaq məqsədilə ArcCİS Spatial Analyst modulundan istifadə olunur.

Su obyektlərinin reyestrini yaratmaq;

Su ehtiyyatlarının həcminin, çirklənmə səviyyəsinin vəziyyətini və  keyfiyyətinin qiymətləndirilməsi;

Hidroloji tədqiqatlar;

Fövqəladə hallarda idarəetmə (daşqınlar, sellər və s. );

Hidrotexniki qurğuların, su basmış zonaların və s.  hesablanması və  modelləşdirilməsi;

Su ehtiyatlarının mühafizəsinin təmin edilməsi.

 

4   Рисунок3

Рисунок2    3

2     1

0301ac96a7859ef1c9ab884038dd89ff