Tələb olunan sənədlər

Qiymətləndirmə prosesi məqsədilə tələb olunan sənədlər: Qiymətləndirilən daşınmaz əmlak binada mənzil, fərdi yaşayış evi, bağ evi, torpaq sahəsi, kommersiya məqsədli (təyinatlı) qeyri-yaşayış obyekti olduqda:

  • Qiymətləndirilən daşınmaz əmlakın mülkiyyət hüququnu təstiq edən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış, və ya istisna hallarda şəhadətnamələr, qeydiyyat vəsiqəsi, dövlət aktı və mülkiyyət hüququnu təsdiq edən digər sənədlər
  • Qiymətləndirilən obyekt fərdi yaşayış və bağ evi olduqda və mülkiyyət hüququnu təsdiq edən sənəd qeydiyyat vəsiqəsindən ibarət olduqda evin yerləşdiyi torpaq sahəsi üzrə mülkiyyət hüquqlarını təstiqləyən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış və ya istisna hallarda Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən verilmiş şəhadətnamə, dövlət aktı, torpağın ayrılması ilə bağlı sərəncam, alqı-satqı müqaviləsi və qanunvericilikdə nəzərdə tutulmuş digər sənəd).
  • Daşınmaz əmlak obyektin texniki pasportu.
  • Qiymətləndirilən daşınmaz əmlak yalnız sərbəst torpaq sahəsi olduqda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış, Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən verilmiş şəhadətnamə, dövlət aktı, torpağın torpaq sahəsinin planı və ölçüsü (texniki pasportu).
  • Sifarişçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, xarici pasport və s.). Hüquqi şəxs olduqda –

Qiymətləndirilən daşınmaz əmlak növü əmlak kompleksi olduqda:

  • Bina və tikililərə, ötürücü qurğulara mülkiyyət hüququnu təsdiqləyən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış və şəhadətnamə).
  • Torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış, Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən verilmiş şəhadətnamə, dövlət aktı,).
  • Əmlak kompleksi kimi müəssisənin, bina, tikili, qurğu və avadanlıqların texniki pasportları.
  • Əsas vəsaitlərin siyahısı (inventarizasiya aktı).
  • Zəruri hallarda kompleks üçün alınmış mal-materiallara dair alqı-satqı sənədləri (forma 2).

Qiymətləndirilən əmlak qaraj, istixana, anbar və digər yardımçı tikililər olduqda:

  • Əmlaka hüquqları təsdiq edən sənədlər.
  • Əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqi və texniki sənədlər (plan, cizgi).
  • Əmlakın icarə müqaviləsi.
  • Əmlakın tikintisi üzrə eskiz və layihə sənədləri.

Qiymətləndirilən əmlak avtomobil olduqda:

  • Nəqliyyat vasitəsinin texniki pasportu
  • Nəqliyyat vasitəsi Dövlət Yol Polisində qeydiyyata alınmayıbsa, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qeydiyyatından keçməsi barədə arayış
  • Qiymətləndirilən avtomobillərin (əgər onların sayı 1-dən çoxdursa) siyahısı;
  • Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, xarici pasport və s.).

Qiymətləndirilən əmlak müəssisə (zavod, fabrik və s.) olduqda:

  • Mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında şəhadətnamənin, qiymətli kağızların reyestrindən çıxarış (qanunvericiliye baxmaq ve deqiqleshdirmek lazimdir) surəti.
  • Mülkiyyət hüququnun əsasları olan sənədlərin surəti.
  • Texniki pasportun surəti.
  • Əsas vəsaitlərin, ehtiyatların, materialların, debitor və kreditor borcların inventarlaşdırılması aktı.
  • Auditor rəyi.
  • Texniki vəziyyət aktı ilə avadanlığın texniki pasportlarının surəti.
  • Binanın yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət və ya digər hüquqları təsdiq edən haqqında sənədlərin (sahənin ayrılması yaxud icarə müqaviləsi) surəti.
  • Maşın və avadanlıqların yüklülüyünün olmaması barədə arayış.
  • Daşınmaz əmlakın, maşın və avadanlıqların tam balans və qalıq dəyəri, balansa qəbul edilməsi ili haqqında arayış.
  • Qoşulma nöqtələrinin və əsas texniki parametrlərin (diametr, uzunluq, kabelin markası) göstərilməklə mühəndis şəbəkələrinin texniki vəziyyəti haqqında arayış.