Qiymətləndirmə xidmətləri

043İntegris” şirkəti istənilən növ daşınmaz və daşınan əmlakın, nəqliyyat vasitələrinin, biznesin və digər mülkiyyət növlərinin Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanununa, digər qanunvericilik aktlarına əsaslanaraq beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla qiymətləndirilməsi və biznes planların hazırlanması üzrə xidmətlərini təklif edir. Peşəkar mütəxəssislər, təcrübəli ekspert-qiymətləndiricilər tərəfindən operativ olaraq yüksək səviyyədə göstərilən xidmətlər hüquqi və fiziki şəxslərin müraciətləri əsasında rəsmi qaydada həyata keçirilir. Qiymətləndirmə zamanı üç əsas metoddan istifadə edilir: Xərc yanaşması – aşınması nəzərə alınmaqla qiymətləndirmə obyektinin əvəz olunması və yaxud bərpası üçün zəruri olan cari xərclərin müəyyən edilməsinə əsaslanan qiymətləndirmə metodlarının məcmusudur. Xərc metodu hər hansı analoji obyektin yaradılması (tikintisi) zamanı çəkilən xərclərin dəqiq hesablanması üçün daha münasibdir. Əmlakın sığortası, vergiyə cəlb olunması, dəqiq ilkin və cari balans dəyərinin müəyyən edilməsi hallarında xərc metodu daha münasib hesab edilir. Xərc metodu ilə obyektin dəyəri onun yerləşdiyi yerin tikinti üçün hazır vəziyyətə gətirilməsi (torpaq sahəsinin alınması və tikintiyə başlamaq üçün icarə sənədlərinin alınması və s.), tikintinin həcmi və təmir xərcləri ilə müəyyən olunur. Obyektin bərpa dəyəri analoji obyektin qiymətinə əsasən müəyyən olunur. Analoji obyekt kimi – qiymətləndirilən obyekt ilə uyğun olan (eyni funksional təyinatlı, həcm-planlı və konstruktiv quruluşlu) eyni tipli bina nəzərdən keçirilir. Xərc metodun tətbiqi zamanı yeni uyğun obyektin hazır vəziyyətə gətirilməsi üçün çəkilə biləcək bütün xərclər ümumiləşdirilmiş göstəricilər əsasında aşınma nəzərə alınmaqla cari qiymətlərlə hesablanmış, alınmış qiymətin üstündə torpağın və yaxşılaşdırmaların dəyəri əlavə edilir. Bu zaman dəyərin və uyğun olaraq aşınmanın dəqiq nəzərə alındığı hallarda daha dəqiq nəticələr əldə etmək mümkündür.

044 Gəlirin kapitallaşdırılması yanaşması – qiymətləndirmə obyektindən gözlənilən gəlirin müəyyən edilməsinə əsaslanan qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi metodlarının məcmusudur. Gəlirin kapitallaşdırılması metodu ilə hesablama gözləmə prinsipinə əsaslanır və əsasən də qiymətləndirilən obyektin gələcəkdə gətirəcəyi gəlir əsasında müəyyən edilir. Bu zaman qiymətləndirilən obyektin alternativ istifadə imkanları nəzərdən keçirilir. Daha yaxşı və daha səmərəli istifadə imkanı təhlil edilərək əmlakın gəlir gətirmə qabiliyyəti əsasında gələcək gəlirlər kapitallaşdırılır. Bu zamanda obyektin icarəsi barədə bazar məlumatları, pulun faizləri və s. kimi məlumatlar əsas götürülür. Gəlirli biznes növlərinin tətbiqi imkanları araşdırılır. Bu metod daha yetkin və stabil inkişaf edən iqtisadi şəraitlər üçün daha münasibdir. Bu metod zamanı potensial mənfəət əldə etmək nöqteyi nəzərindən qiymətləndirmə obyektinin dəyərinin müəyyən edilməsi üçün nağd pul axınının birbaşa kapitallaşdırılması da aparıla bilər. Birbaşa kapitallaşdırma obyektin dəyərinin müəyyən edilməsindən, gəlir (nağd pul axını) və dəyər arasındakı əlaqə ilə qiymətləndirmə anının birbaşa arxasınca gələn dövr ərzində gözlənilən pul axınının bölünməsi yollarından ibarətdir. Bu zaman hesablama bazası qismində qiymətləndirmə obyekti ilə daha səmərəli istifadə olunması, habelə texniki vəziyyəti nəzərə alınmaqla məqsədyönlü icarəyə verilməsi baxımından oxşarlıq təşkil edən obyektlərin icarə ödəmələrinin bazar dərəcələri təhlilinin nəticələrindən istifadə edilir. Diskont dərəcələrinin hesablayıb tətbiq etdikdən sonra obyektə xas olan spesifik vəsaitlərdən istifadə olunması ilə bərabər icarə ödəmələrinin bazar dərəcələrinin kapitallaşdırılması metodu potensial investorun məntiqini və qiymətləndirilən obyektin bazar dəyərinin müvafiq nizamlılığını əks etdirir. Uyğun satışların müqayisəsi yanaşması – sövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi məcmusudur. Bu yanaşmanın əsası ondan ibarətdir ki, qiymətləndirmə obyektinin dəyəri birbaşa olaraq analoji obyektlərin satış qiymətlərinə uyğun müəyyən edilir. Hər bir tutuşdurulan satış qiyməti qiymətləndirmə obyektinin satış qiyməti ilə müqayisə edilir. Müqayisəli yanaşmadan istifadə edərkən aşağıdakı işləri həyata keçirilir: Qeyd edək ki, istənilən növ əmlakın qiymətləndirməsi onun girov qoyulması, alqı-satqısı, özəlləşdirilməsi, bölüşdürülməsi, icarəyə verilməsi, sığorta edilməsi, vergiyə cəlb edilməsi, zərərin müəyyən edilməsi, hərraca çıxarılması, ləğv edilməsi və s. hallarda tələb olunur. 1. Daşınmaz əmlakın qiymətləndirilməsi aşağıdakı istiqamətlər üzrə aparılır:

    • Yaşayış təyinatlı daşınmaz əmlak
    • Binalar və tikililər
    • Bina evlərindəki mənzillər
    • Villalar
    • Bağ evləri
    • Torpaq sahələri və s.

2. Qeyri-yaşayış təyinatlı daşınmaz əmlak

    • Ofislər
    • Ticarət obyektləri
    • Xidmət sahəsi üzrə obyektlər
    • İaşə obyektləri
    • Anbarlar
    • Qarajlar
    • İstixanalar və s.

3. Biznesin qiymətləndirilməsi

    • Müəssisələr
    • İstehsalat kompleksləri
    • Əyləncə və istirahət kompleksləri
    • İnvestisiya layihələri

Daşınan əmlakın qiymətləndirilməsi aşağıdakı istiqamətlər üzrə aparılır: 1. Nəqliyyat vasitələri

    • Minik avtobilləri
    • Yük avtobilləri
    • İxtisaslaşdırılmış nəqliyyat vasitələri
    • Avtobuslar
    • Qoşqular
    • Dəmir yolu nəqliyyatı
    • Su nəqliyyatı və s.

2. Maşın və avadanlıqlar

    • İstehsal sahəsi üzrə maşın və avadanlıqlar
    • Təsərrüfat sahəsi üzrə maşın və avadanlıqlar
    • Ticarət avadanlıqları
    • Tikinti və təmir üzrə maşın və avadanlıqlar
    • Məişət sahəsi üzrə maşın və avadanlıqlar
    • Texnoloji xətlər
    • Kompüuter texnikası
    • Rabitə vasitələri və s.

İqtisadiyyatın müxtəlif sahələri üzrə biznes planların hazırlanması aşağıdakı sahələri əhatə edir:

    • Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı
    • Qida məhsullarının istehsalı və emalı sənayesi
    • Yüngül və ağır sənaye məhsullarının istehsalı
    • Nəqliyyat vasitələrinin istehsalı və istismarı
    • Turizm xidməti
    • Tikinti sektoru
    • Mebel sənayesi
    • Elektrik materiallarının istehsalı və s.