Əmlak qiymətləndirilməsi

İntegris” şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanununa, digər normativ-hüquqi aktlara əsaslanaraq beynəlxalq və yerli qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla istənilən növ daşınmaz və daşınar əmlakın, nəqliyyat vasitələrinin, biznesin və digər mülkiyyət növlərinin qiymətləndirilməsi və biznes planların hazırlanması üzrə xidmətlərini təklif edir.

Uğurla fəaliyyət göstərən şirkətimizdə yerli və xarici tədris mərkəzlərində təhsil almış və müvafiq sertifikatlara malik peşəkar mütəxəssislərimiz tərəfdaşlarımıza xidmət göstərirlər.

İntegris” MMC ipoteka kreditləşdirilməsi prosesində iştirak edən qiymətləndirici şirkət olaraq Azərbaycan İpoteka Fondu tərəfindən müəyyən olunmuş müvvəkil qiymələndirici şirkətlər siyahısında təmsil olunur.

Qiymətləndirmə sahəsində dünyada boyük nüfuza mailk bir neçə xarici kompaniyalar və ekspertlərlə əməkdaşlıq edən şirkətimiz, ölkəmizin bütün ərazisini əhatə edən regional şəbəkəyə malikdir və Azərbaycanda ilk dəfə olaraq qiymətləndirmə prosesində, habelə müxtəlif metod və yanaşmaların tətbiqi, xüsusi analizlərin aparılması, qiymətləndirmədə müstəsna rol oynayan məkan məlumatlarının nəzərə alınması, rəqəmli xəritələrə əsaslanan məlumat bazasının yaradılması və istifadəsində Coğrafi İnformasiya Sistemlərini tətbiq edirik.

Biz müştərilərimizə obyektivlik, operativlik, yüksək keyfiyyət, neytral mövqe, rəqabətli qiymət təklifi nümayiş etdirməklə yanaşı, əmlak üzərində hüquqların dövlət qeydiyyatı, əmlakın alqı-satqısı, kredit götürmək məqsədilə girov qoyulması, icarəyə verilməsi, əmlaka tətbiq olunan vergi dərəcələri, vərəsəlik, əmlakın bölüşdürülməsi, mübahisəli məsələlərin həlli və s. istiqmətlərdə hüquqi məsləhətlər üzrə yardım göstəririk.

               BİZİMLƏ ƏMƏKDAŞLIĞINIZ SİZİN UĞURUNUZDUR,

                      SİZİN UĞURUNUZ BİZİM NAİLİYYƏTİMİZDİR!