Şəhərsalma kadastrı

Şəhərsalma kadastrının məqsədi  

Şəhərin Dövlət şəhərsalma kadastrının yaradılmasının başlıca məqsədi şəhərsalma fəaliyyəti həyata keçirilən zaman ərazinin kompleks idarə olunması və tənzimlənməsində, tikintiyə icazə verilməsində şəffaflığın, vahid pəncərə sisteminin təmin edilməsi şərti ilə müvafiq qərarların qəbul edilməsində istifadə edilən və lazım gəldikdə istifadəçilərə təqdim edilən toplanılmış, qeydiyyatdan keçirilmiş, mühafizə olunan şəhərsalama və digər sahəvi kadastr məlumatlarından ibarət dövlət geoinformasiya sisteminin yaradılmasıdır.

Şəhərin Dövlət şəhərsalma kadastrının yaradılması ilə bağlı aşağıdakı əsas nəticələr əldə olunmalıdır:

– Dövlət, yerli idarəetmə orqanları, hüquqi və fiziki şəxsləri ehtiyat ərazilərinin mənimsənilməsində, tikilib abadlaşdırılmış ərazilərin istifadəsi və yeniləşdirlməsində, bazar iqtisadiyyatı şəraitində daşınmaz əmlakların dövriyyəsi, sosial, istehsalat və nəqliyyat infrastrukturlarının inkişafı, məqsədli proqram və layihələrin hazırlanmasında hüquqi və iqtisadi tənzimlənmə ilə bağlı tələb olunan məlumatlarla təmin olunması.

– şəhərsalma və tikinti fəaliyyətində müvafiq əsaslandırılmış qərarların qəbul edilməsində operativliyin təmin olunması;

– şəhər ərazisində baş verən dəyişikliklərin operativ monitorinqini həyata keçirilməsi üçün şəhərin növbətçi planının aparılmasının avtomatlaşdırılmış sisteminin yaradılması və istifadəsi;

-şəhər hüdudlarındakı bütün ərazilərin səmərəli tənzimlənməsi üçün bu ərazilərin istifadə növünə görə zonalaşdırılması;

– şəhər üzrə şəhərsalma fəaliyyəti obyektlərinin CİS-də məlumat bazasının və şəhərsalma kadastr xəritəsinin yaradılması;

– şəhər üzrə Dövlət şəhərsalma kadastrı məlumatlarının ictimaiyyət üçün təmin olunmasına şəraitin yaradılması;

– şəhər üzrə şəhərsalma (ərazi planlaşdırma) sənədlərinin yeniləşdirilməsi; – – şəhərdə Dövlət şəhərsalma kadastrının aparılmasına lazım olunan yerli potensialın yaradılması;

– şəhər üzrə Dövlət şəhərsalma kadastrının mərkəzlə əlaqənin yaradılması, həmçinin torpaq, daşınmaz əmlak və digər əlaqədar kadastlar (və reyestlər) ilə əlaqələndirilməsi;

– tikinti fəaliyyətində hüquqi və fiziki şəxslərin sifarişlərinin “vahid pəncərə” prinsipi ilə yerinə yetirilməsinə zəmin yaradılması; – investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması;

– respublika səviyyəli dövlət şəhərsalma kadastrının yaradılması üçün müvafiq potensialın yaradılması;

– elektron hökumət layihələrinin icrasının təmin edilməsi, beynəlxalq standartlara uyğun ən müasir İKT-nin tətbiqi və elektron xidmətlərin yaradılmasının təşkili və şəhərin elektron xəritəsinin yaradılması.