Ətraf mühitin mühafizəsi

CIS-texnologiyalar Yer üzərindəki bütün obyektləri xəritələndirməyə, onları parametrlərinə görə təhlil etməyə, vizuallaşdırmağa və bu məlumatlar əsasında müxtəlif hadisələri proqnozlaşdırmağa, məkan məlumatlarının toplanması və saxlanmasına,həmçinin qlobal (iqlimin istiləşməsi, əhali artımı, aclıq, təbii fəlakətlər, ərazilərin çirklənməsi və s.) məsələləri  təhlil və eləcə də onların məkanla qarşılıqlı münasibətlərinin müəyyənləşdirilməsinə imkan verir.  ArcCİS   proqramları ətraf mühitin   mühafizəsi və təbiətin rasional istifadə olunması  üzrə dəqiq və səmərəli qərarların qəbul edilməsində istifadə oluna bilər.

ArcCİS proqram təminatı  sayəsində aşağıda göstərilən məsələlərin həlli  üçün ətraf mühitin vəziyyətinin  təhlili və proqnozlaşdırılması mümkündür:

  • çirklənmə ərazi zonalarının müəyyən edilməsi
  • müəssisələrin iqtisadi inkişafının   təhlili əsasında  çirklənmə üzrə zona sərhədlərinin  dəyişilməsi dinamikasının proqnozlaşdırılması
  • ətraf mühitin vəziyyətinin təhlili əsasında ekoloji cəhətdən məqbul olan ətraf mühitin mühafizə texnologiyalarının komputer seçiminin həyata keçirilməsi

 

asa    Eco_portal