“Böyük Bakının Regional İnkişaf Planı” layihəsi üzrə Komitə sədrinin jurnalistlərlə görüşü keçirilmişdir

 

Mayın 15-də “Four Seasons” otelində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Böyük Bakının Regional İnkişaf Planı” (BBRİP) layihəsinin təqdimatı və ictimai müzakirəsi keçirilmişdir.

Aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbiri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov açaraq bildirmişdir ki, Respublikanın tarixində ilk dəfə olaraq belə bir layihə hazırlanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə respublika üzrə, əsasən də Bakı şəhərində şəhərsalma və memarlıq sahəsində bir çox işlər görülmüşdür. Bakının inkişafı, abadlaşdırılması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır. Prezident İlham Əliyevin tövsiyəsi ilə şəhərin mərkəzi hissəsində yaşayış yerlərinin tikintisini məhdudlaşdırmaq, abadlaşdırma işlərini, xüsusilə də yaşıllaşdırmanı artırmaq və şəhərin zəruri infrastrukturunu inkişaf etdirmək nəzərdə tutulmuşdur.

A. Ələsgərov əlavə etmişdir ki, bizim layihəmizdə bütün bunlar nəzərə alınmışdır və ümid edirəm ki, Bakı şəhərinin və rayonlarının İcra Hakimiyyətləri şəhərin tikinti işlərinin davam etdirilməsi zamanı şəhərsalma reqlamentlərinə əməl edəcəklər.

Daha sonra komitə sədri A.Ələsgərovun layihə ilə əlaqədar jurnalistlər ilə görüşü keçirilmişdir.

 

 

mənbə-arxkom.gov.az

 

 

 

 

 

tarix İyun 24, 2014, tarix: Yeniliklər Müəllif
Comments are closed.

Xidmətlərimizlə bağlı istənilən çətinlikdə sizə yardımcı olmağa hazırıq

Bizimlə əlaqə