ArcGİS proqram məhsullarının lisenziyalaşdırılması və texniki dəstək

İNTEGRİS MMC dünyanın lider kompaniyası olan və ABŞ-ın Kaliforniya ştatında yerləşən “Ətraf mühit sisteminin tədqiqatı institutu”nun (Environmental Systems Research Institute, Inc., ESRI) proqram məhsullarının eksklyuziv distributorluq hüququ ilə satışını, texniki dəstək, təlim və məsləhət xidmətlərini həyata keçirir. ArcGIS proqram məhsulları böyük dövlət və biznes strukturlarında informasiya sistemlərinin yaradılması və effektiv idarə edilməsində, habelə korporativ coğrafi informasiya sistemlərinin qurulmasında ən optimal həll yolu olmaqla dünyada çox geniş yayılmışdır. Şirkətimizin əsas məqsədlərindən biri CİS-in yaradılması, onun tətbiqi, müştərilərimizin mütəxəssisləri üçün CİS-lə bağlı təlimlərin keçirilməsi və Coğrafi informasiya sistemlərinə texniki dəstək xidmətlərinin göstərilməsidir.

Coğrafi informasiya sistemləri ArcGİS texnologiyaları əsasında yaradılır. ArcGİS – bir proqram platformasıdır, bu sistem əsasında istənilən səviyyəli CİS yaradılır. ArcGİS xəritələrin, proqram təminatları modellərinin, web-brauzerlərin çox asanlıqla yaradılması və publikasiyası, digər sistemlərə integrasiya, coğrafi məlumatların idarə edilməsi, analizi, planlaşdırma və düzgün qərarların qəbul edilməsində ən mükəmməl vasitədir.