“Şirvan şəhəri üzrə dövlət şəhərsalma kadastrının yaradılması ” layihəsi vaxtında uğurla başa çatmışdır.

 

Şirvan şəhərində Dövlət şəhərsalma kadastrının yaradılması üzrə işlərin aparılması ilə əlaqədar “İntegris” MMC ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında 11 fevral 2013-cü il tarixli müqavilə imzalanmış və işə başlanılmışdır. 30 dekabr 2016-ci il tarixində layihə bitmişdir.

Görüləcək işlərin təşkili ilə bağlı olaraq 14 mart 2013- cü il tarixdə Komitədə “İnteqris” MMC, Litva Respublikasının “HNİT-BALTİC” QSC və “Vilniaus hlanas” bələdiyyə müəssisəsinin iştirakı ilə işgüzar görüş keçirilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 22 may 2013-cü il tarixli 10/e nömrəli əmrinə üyğun olaraq bu layihə çərçivəsində Komitənin əməkdaşları 2013-cü ilin 10-14 iyun (beş gün) tarixlərində Litva Respublikasının Ətraf Mühit Nazirliyi yanında Dövlət Ərazi Planlaşdırılması və Tikinti İnspeksiyasında keçiriləcək görüşlərdə iştirak etmək üçün “İntegris” MMC və Şirvan şəhər İcra Hakimiyyətinin aidiyyəti nümayəndələri ilə birlikdə Litva Respublikasının Vilnius şəhərində  işgüzar səfərdə olmuşdur. Həmin müddət ərzində Litva Respublikasının Ətraf Mühitin Mühafizəsi Nazirliyi yanında Dövlət Ərazi Planlaşdırılması və Tikinti İnspeksiyasında, həmin Nazirliyin Ərazi Planlaşdırılması Departamentində, Vilnius bələdiyyəsində, Klaypeda su təchizatı SM (GİS) və bir sıra özəl təşkilatlarda keçirilən işgüzar görüşlər keçirilmiş  və  Litva mütəxəssilərinin şəhərsalma sənədlrinin hazırlanması sahəsindəki təcrübələri ilə tanış olmuşlar. Həmcinin kağız və elektron formatda ərazi planlaşdırılması, şəhərsalma kadastrı və normativ hüquqi aktlar üzrə müəyyən məlumatlar əldə etmişlər.

2016-cı ilin Mayın 6-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Park inn”  otelində “Şirvan şəhəri üzrə dövlət şəhərsalma kadastrının yaradılması və müasir şəhərsalmada elektron şəhərsalma kadastrı məlumatlarının istifadəsi perspektivləri” mövzusunda təqdimat keçirilmişdir.

Layihə təqdimatını Azərbaycan Dövlət televiziyası və İctimai televiziya tərəfindən  işıqlandırmışdır.

“Şirvan şəhəri üzrə dövlət şəhərsalma kadastrının yaradılması” layihəsi çərçivəsində şəhərin baş və müfəssəl plan layihələri işlənmiş, aidiyyəti orqanlar tərəfindən razılaşdırılmış və  Azərbaycan Respublikası  Nazirlər Kabinti tərəfindən  11yanvar 2017-ci il tarixində  3№-li qərarla təsdiq olunmuşdur.

Şirvan şəhərində Dövlət şəhərsalma kadastrının yaradılması  layihəsi  gələcəkdə  ölkənin digər  şəhərlərində Dövlət şəhərsalma kadastrının yaradılması üçün nümunəvi layihə kimi istifadə oluna bilər

tarix Mart 9, 2017, tarix: Yeniliklər Müəllif
Comments are closed.